Türkiyənin Trabzon şəhərinin Yomra rayonunda qəribə kitabxana diqqəti cəlb edir.
61 yaşlı Bahəddin Kabahasanoğlu yük və insan daşıyan gəmiyə bənzər kitabxana tikdirib.
O, illərlə xəyalını qurduğu kitabxanaya həm öz yazdığı, həm də bu günə qədər aldığı kitabları toplayıb.
İki mərtəbəli kitabxanaya həm də məhəllə uşaqları kitab oxumaq və onlayn dərslərə qoşulmaq üçün gəlirlər.