Qadin.NET / Ancaq qadınların gedə bildiyi ada: Supershe

Ancaq qadınların gedə bildiyi ada: Supershe

Finlandiyanın 90 kilometr qərbində, kişilərin girməsi qadağan olunan SuperShe adası yerləşir. Amerikalı Kristina Roth tərəfindən, tanış olduğu qadınların istək və ehtiyaclarına görə qurulmuşdur. Qadınların azad formada tətil edə biləcəyi ada, rəsmi olaraq keçən il fəaliyyətə başlayıb. 

Supershe adasına ancaq qadınlar girə bilir. Adanın qurucusu Kristina Roth, bunun səbəbinin dünyanın harasında olursa olsun qadınların getdikləri yerdə təcavüzə məruz qalması olduğunu qeyd edir. Səyahətləri əsnasında tanış olduğu qadınların hekayəsindən təsirlənən Roth, qadınların narahat edilmədən, azad tətil edə biləcəyi ada qurmağa qərar verir. Supershe adası belə ortaya çıxır. Adadakı köhnə daxmala yenilənib, səyahətçilər üçün sauna, masaj və yoqa salonlaı var. 


Adaya getmədən əvvəl saytda yer alan anketi doldurmaq lazımdır. 8 hektarlıq ərazini əhatə edir. Keçən 8 min 500 müraciətin sadəcə 120-si müsbət cavab aldı. Hər həftə ancaq 8 qadını qəbul ada, qonaqları 5 gün qonaq edir. 


16 avqust 2020
GO BACK