Qadin.NET / Memarlıq abidələri ilə seçilən 3 şəhər

Memarlıq abidələri ilə seçilən 3 şəhər

Roma

Dünyanın ən qədim şəhərlərindən olan Roma, eyni zamanda Avropanın mədəniyyət mərkəzlərindən sayılır. Xüsusilə, Vatikanın da şəhərin içində yerləşməsi diqqət çəkir. Memarlıq abidələri hər il milyonlarla insanın axınına səbəb olur. "Açıq hava muzeyi" sayılır. 

Kolizey, Santa Maria Maggiore, Arco di Costantino, Roma Forumu, Pantheon, Vittorio Emanuele II Abidəsi, Trevi Çeşməsi, Navona Meydanı, Sant’Angelo Qalası kimi yerlər Romada görülməli yerlərdən bir neçəsidir.

Kiyev

Ukraniyanın paytaxtı olan Kiyev vaxtilə romantikanın və eşqin paytaxtı olaraq da tanınmışdır. Memarlıq abidələri, mükəmməl baxçaları, parkları ilə diqqət cəlb edir. 1037-ci ildə Şəhzadə Yaroslav tərəfindən inşa edilən St. Sophia Kafedralı, şəhərin ən qədim kilsəsi sayılır. 

Mariyinsky Sarayı, Baş Mələk Mikayıl Heykəli, Mother Motherland Heykəli, St. Andrew’s Kilisəsi və Zoloti Vorota (Qızıl Qapı) şəhərin memarlıq nümunələri sayılıq.

Barselona

Mədəniyyət və iqtisadiyyatdan əlavə turizm baxımından İspaniyanın ən vacib şəhərlərindən olan Barselona, memarlıq abidələri ilə tanınan şəhərdir. Qotik və modern memarlığının birləşdiyi bu şəhər hər il yüzlərlə turisti qonaq edir. 

Məşhur memar Antoni Gaudi’nin ən vacib əsəri olan La Sagrada Familia Kilsəsi ilə digər əsərləri Parc Güell və Casa Miladan əlavə şəhərin Columbus Abidəsi, Qotik Bölgə və Barselona Kafedralı şəhərin əsas memarlıq abidələri sayılır.

16 iyun 2020
GO BACK