Qadin.NET / Açıq hava muzeyləri

Açıq hava muzeyləri

 

Açıq hava muzeyləri

1- Storm King Art Center

"Storm King Art Center" dünyanın ən yaxşı açıq hava muzeyi seçilib. Sənəti təbiət ilə birləşdirən "Storm King Art Center", 100-dən çox sənət əsərinə ev sahibliyi edir. Təbii təpələrdən, yaşıl otlardan, dərələrdən və yerli, xarici sənətkarların əsərlərindən ibarət olan "Sort King Art Center", sənətsevərlərin mütləq görməli olduqları yerlərdəndir.

 

 

Açıq hava muzeyləri

2- Hakone Open-Air Museum

Sənət, təbiət və memarlığın möhtəşəm uyğunlaşmasını "Hakone" açıq hava muzeyindən daha yaxşı göstərəcək bir yer yoxdur. Mükəmməl mənzərələr, mavi səma, uca dağlar bu açıq hava muzeyinin əsas hissələridir. Müasir və modern əsərlərin yer aldığı Hakone açıq hava müzeyi, Yaponiyanın Kanagawa əyalətində yerləşir və 1969-cu ildən bəri hər il minlərlə sənət əsərlərin ev sahibliyi edir. 

 

 

Açıq hava muzeyləri

3- İnhotim Museum

Braziliyanın qüruru İnhotim açıq hava muzeyi, bir çox fərqli sənət intizamının bir araya gəldiyi xüsusi bir meşədə yer alır. Müasir sənətin əsərlərini və müxtəlif botanika kolleksiyalarını sərgiləyən İnhotim, hər il minlərcə sənətsevərlərə ev sahibliyi edir. Müasir incəsənətin ən gözəl əsərlərinin sərgiləndiyi İnhotim, incəsənət və təbiətin möhtəşəm uyğunluğunu bir daha  bizlərə göstərir.

 

 

Açıq hava muzeyləri

 

4- Gibbs Farm

Yeni Zellandiyada yerləşən "Gibbs Farm", heykəl kolleksiyaları ilə məşhur olan açıq hava muzeylərindən biridir. Muzeyin limanda yerləşməsi onu xüsusi edən səbəblərdən biridir. Limanın çətin hava şərtlərinə görə sənətkarlar bəzən su altında işləyir, bəzən isə şiddətli küləklərlə mübarizə aparmaq məcburiyyətində qalır. Gibbs 20 ildir müxtəlif sənətkarlara ev sahibliyi edir.

 

19 fevral 2020
GO BACK