Tayland 1 yanvar tarixi ilə mağazalarda plastik paket istifadəsinə qadağa qoydu.
Ölkənin qadağası gələcək il bütün istehsalada aid olacaq formada genişlənəcək. 75 böyük topdan satış, 25 min mağaza müştərilərə bir dəfəlik istifadə üçün olan paketləri verməyi dayandıracaq.
Tayland keçən ilə qədər dünyada ən çox plastik paketi dənizə tökən 6 -cı ölkə idi. Bu dəniz canlılarının həyatını təhlükəyə atır.
Ancaq görülən tədbirlər sayəsində Tayland bu siyahıda 10-cu sıraya düşdü. Xalq plastik paket qadağasına müxtəlif çarələr tapdı.
Alış-veriş edənlər, səbətlərdən paket kimi istifadə edir. Həmçinin mağazalarda maraqlı mənzərələrlə rastlaşmaq mümkündür.
Ölkənin keçən il istifadə etdiyi miqdar 2 milyard azaldır. Taylanda ildə 75 milyard plastik paket istifadə edilir.
Tayland plastik paketlərlə dolu okeanı olan tək ölkə deyil. Keçən ay, Cənubi Afrikanın çirmərliyini plastik paketlə dolu olan dalğa yudu.