2000-ci il 15 sentyabrında Pekinin kütləvi informasiya vasitələri sensasiyalı açılış edərək Çin arxeoloqlarının əfsanəvi sərkərdə və Monqol imperiyasının banisi olan Çingiz xananın qəbirini aşkar etmələri haqqında bildirdilər.
Bir neçə yüz il idi ki, Çingiz xanın məzarının yeri alimlərin axtarışlarının və mübahisələrinin və bütün dünyanın xəzinə ovçularının maraq obyekti idi. Amma monqol mütəxəssisləri və xalqı hesab edirlərsə ki, onların böyük əcdadının qəbri harada isə Ulan-Batordan (əfsanəyə görə o Burxan-Xaldun dağında dəfn edilib) şimalda dağlıq yerindədir. Çin kolleqaları inandırırlar ki, qəbir onların tərəfindən Çinin ərazisində Altay dağlarının ətəyində Monqol-Çin sərhədinə yaxın yerdə aşkar edilmişdir.
Çingiz xan 1227-ci ildə Si-Sya tanqutlarının ölkəsinə yürüş vaxtı ölmüşdür. Onun ölümünün bir neçə versiyası var. Onlardan birinə görə, vəhşi atlara ov vaxtı sərkərdənin atı nədənsə qorxub və kənara sıçramışdı, xan isə atdan yıxılmışdır.
Bundan sonra qoca imperator özünü pis hiss etdi. Onun sərkərdələri yürüşü dayandırıb evə qayıtmaq istəyirdilər, amma Çingiz xan yürüşün davamına təkid etdi. Və hətta ölümündən əvvəl o tələb etdi ki, onun ölümü tanqutların üzərində son qələbəyə qədər gizli qalsın. Başqa versiyalara görə, Marko Polo yazırdı ki, xan oxla yaralanmadan öldü və hətta ildırım vurmsından öldüyü versiyasını başqa səyahətçi Plano Karpine bildirmişdir. Lakin məşhur monqol əfsanəsinə görə, Çingiz xan tanqut xan arvadı tərəfindən vurulmuş yaradan öldü. Hiyləgərliyi və qəddarlığı ilə fərqlənən tanqut xanı Şidurxo-Xaqan onu özü göndərmişdir. Bu əfsanəyə görə, gözəl xanın boynunu dişləyir, yuxu arteriyaya zərər vurur və xan qanaxmadan ölür.
Hər halda bütün alimlərin fikri üst-üstə düşür ki, xan 1227-ci ildə ölmüşdür və bu ölüm təbii olmamışdır.
Köhnə dünyanın 4/5-ini tutmuş dünya dövlətlərinin ən böyüyünün başçısı, yarım milyard insanın hökmdarı, saysız-hesabsız sərvətlərin sahibi, Çingiz xan son gününə kimi cah-calaldan və sərvətlərdən uzaq olmuşdur. Orta Asiyanın fəth edilməsindən sonra onun sərkərdələri çox gözəl türk dəmir geyimi və Dəməşq tiyəsi aldılar, amma Çingiz xan, baxmayaraq ki, silahın ehtiraslı həvəskarı idi, prinsipial olaraq onlar kimi etmədi və müsəlman cah-calalına laqeyd qaldı. O, köçəri geyimini geyinməyə davam edirdi, qədim adətlərin tərəfdarı idi və öz xalqına Çin və müsəlman mədəniyyətlərinin təsirinə düşməməyi və adətlərə sadiq qalmağı vəsiyyət etmişdir.
Onun dəfn olduğu yer ciddi şəkildə gizlədilirdi. Qəbri yerlə tənləşdirmək üçün min atın köməyi ilə torpaq tapdanaraq düzləşdirildi. Dəfn prosesində 2000 insan iştirak edirdi. Bu insanları dərhal mərasimin sonuna yaxın xanın qoşunundan 800 atlı tikələrə doğradılar. Bu 800 döyüşçü də çox yaşamadılar: tezliklə onları edam etdilər ki, qəbrin yerini heç kim bilməsin. Sonra xüsusi patrullar dəfn yerinə yaxında görünən hər kəsi öldürürdülər.
Çoxlu sayda arxeoloqlar qəbirin axtarışına çıxanda, arxeoloqlar üçün monqol hökuməti tərəfindən tək şərt var idi — onların böyük əcdadının cənazəsi narahat edilməsin. Ekspedisiyalar bu qəbirin axtarışına milyonlarla dollar xərclədi, amma onların səyləri hədər oldu.
Düzdür, ziddiyyətlərsiz keçinmədi. Hələ 1950-ci ildə Çində çinlilərin iddiası üzrə Sinxay-ın şimal əyalətində aşkar edilmiş böyük Çingiz xanın külü saxlanılan mavzoley tikilmişdir. Amma Urumçidə və Çingiz xanın qəbrini açanlardan biri olan tarix muzeyin rəhbəri professor Xu Çan inandırır ki, Çin mavzoleyində saxlanılan kül xana aid ola bilməz.
İndi yalnız elmi ekspertizanın nəticələrini gözləmək qalır. Əgər bu qəbrdə həqiqətən Çingiz xanın cənazəsi və xəzinələrini gizlədilibsə, onda bu tapıntını II minilliyin ən böyük tapıntısı hesab etmək olacaq.
XƏBƏR LENTİ
Hava haqqında
HAVA necə olacaq?- 22 MART
Hamiləlik dövründə həddindən artıq kökəlməmək üçün...
Bütün ölkələrə səyahət edən ən gənc qadın
Toyuq ətli blinçiklər (foto-resept)
İranda güclü zəlzələ oldu
Seks ürəyi qoruyur
Bakı yaşıllaşacaq
“Hercai” efirlə vidalaşır
Möcüzəvi su və isti ayaq vannaları
Türkiyədə zəlzələ olub
Günün qoroskopu:İntuisiyanızın səsinə qulaq asın
Düşmənin atəş nöqtəsi və şəxsi heyəti məhv edilib - VİDEO
Pensiyaların nə qədər artırılacağı yanvarda məlum olacaq - RƏSMİ
Prezident İlham Əliyev "Yasamal" parkının açılışında iştirak edib
Pilotsuz aparatlar vurulacaq
HAVA necə olacaq?- 10 Mart
4 terabaytlıq, ilk...
Günümüzü əks etdirən rəsmlər
Sobada əriştəli toyuq (foto-resept)
Vaşinqtonun görməli yerləri
Bir neçə rayonda qaz problemi olacaq
Mənzilin təzəsi, yoxsa köhnəsi?..
Xızı-Xaçmaz, Quba, Qusar turizm zonaları yaradılacaq - FOTO
Azərbaycanla AB arasında saziş imzalandı
Mehriban Əliyevadan Madagizdə bayrağımızın qaldırılması ilə bağlı paylaşım
Sabahdan açılan kafe-restoranlarda hansı qaydalara əməl olunmalıdır? - FOTO
Yay üçün donlar
Zəngilanın işğaldan azad edilən daha bir kəndindən görüntülər - VİDEO
Bu gün “Son zəng”dir
Günün qoroskopu:Pullarınızı ağılla, məntiqlə xərcləyin
Azərbaycanda daha dörd nəfərdə koronavirus aşkarlandı
Bu il məhsuldarlıq aşağı ola bilər
Tanınmış aktrisa öldü
Prezident İlham Əliyev "Rossiya-24" telekanalına müsahibə verib
Şeyma Subaşıdan Gözlənilməz Etiraf
Şadlıq evlərində vəziyyət necədir?
Günün qoroskopu: ambisiyalarınız və xırda arzularınıza uyğun hərəkət edirsiniz
Uşaqların məzəli kəlamları
45 kiloqram arıqlayan Adelin sirri
Körpə qızlar üçün yay geyimləri
İş yerindən arayış almaq asanlaşdı
Mesut Özildən ulduz xanımına 80 milyonluq hədiyyə-FOTO
Qurama yastıqlar (1 hissə)
Bu yay ağıllı saat ola bilər
Düşmənin ələ keçirilən zirehli texnikaları təqdim olundu - FOTO
Dünyanın ən qorxunc körpüləri
"Kurtlar Vadisi" ekranlara qayıdır
Teylor Sviftdən nümunəvi addım-FOTO
Balaca şahzadələrimiz üçün donlar
- ŞƏRHLƏR