Səhərin açılmasını səbirsizliklə gözləyirdik.Əslində mən ikicə saat yatmışdım.Bir az yemək hazırlayıb soyuducuya qoymuşdum ki,biz gedəndən sonra bir neçə gün hazır yeməkləri olsun.
Getdiyimiz gün,çiskinli,buludlu bir hava idi.Yol boyu mənzərələr bir-birini əvəz edirdi.Gah kiçik qəsəbələr,gah da ağcaqayın meşələri görsənirdi. Hər yan sarı və qırmızı rəngə boyanmışdı.Sarı yarpaqlı agaclar göz önündən ötüb keçdikcə, sanki, burda yaşadığımız acılı şirinli günlərimiz də onlarla birgə arxada qalırdı. Həyatımızda yeni bir səhifə açılırdı. Ortancıl oglum özünə ömür-gün yoldaşı seçmişdi. Onu görməyə gedirdim.Və bir də qardaşımın uşaqlarının kiçik toyuna. Ürəyim,beynim o qədər qarışıq fikirlərlə dolu idi ki...Sevinc,kədər,həzinlik hamısı bir –birinə qarışmışdı.Bir an öncə təyyarədən enmək istəyirdim. Gəncə hava limanına enəndə kövrəlməyə bilmirəm. Sanki bir an nəfəsim kəsiləcək bir hal keçirirəm.Gələndə də,qayıdanda da. Havaya baxdım,günəşə baxdım,çox sevindim.Hər tərəfi acgözlüklə seyr etdim. Sanki yay idi.Canım vətənim,səni hansı ölkə əvəz edə bilər ki?!Ölməz şairimizin bu misraları kecdi qəlbimdən:
El bilir ki,sən mənimsən,
Yurdum,yuvam məskənimsən,
Anam, doğma vətənimsən,
Ayrılarmı könül candan,
Azərbaycan,Azərbaycan.
Avtomobilimiz irəlilədikcə görünən evlər,həyətlər,bağ-bağçalar adamın könlünü oxşayırdı.Ağaclar hələ də yamyaşıl idi.Ətrafın gözəlliyinə o qədər dalmışdım ki,artıq nə üçün gəldiyimi sanki unutmuşdum.Bir an qaynana olacağım yadıma düşəndə gülmək məni tutdu.Qaynanaya bax ha....Hələ öz aləmindədir.
Nəhayət bu da doğulub boya-başa çatdıgım küçə.Bu da o möhtəşəm cinarlar.Bu yollarla doğma məktəbə gedib gəlmişəm. Bura mənim ən sevdiyim,ən bağlı olduğum yerdir.
Anamgilin həyətində üç ailə yaşayır.Sanki bir ailədirlər.Çox mehribandırlar.Hər bir məclisdə əl-ələ verər,beləcə bütün işlərin öhdəsindən gələrlər, sonuncu qabın yuyulmasına qədər.Onlar yenə də əl-ələ vermişdilər.
Bir az söhbətləşib əşyalarımı qoymaq üçün öz evimizə yollandıq,qaynanam və kiçik oğlum Nicatla. Bura yenidən qayıdacaqdım.
Ardı var...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Daha bir ölkədə koronavirus mutasiyaya uğrayıb
Müraciət edənlərin sayı 23 mini keçdi
Castin Biberdən gözlənilməz AÇIQLAMA
Səhranın gözəlliyi
Kökəlmək istəyənlər bunları yesin - TÖVSİYƏLƏR
Kriştianu Ronaldudan inanılmaz fədakarlıq
Tatuaj necə silinir?
Nazirdən müharibə mesajı
Kişilərin inanılmaz xəyanət bəhanələri
Adriana Lima Metin Haranı sildi
DİQQƏT! Bu telefonlarda WhatsApp İŞLƏMƏYƏCƏK
55 yaşlı qadın üçəm dünyaya gətirdi
Müasir oğlan
Kayli Cenner rəfiqələrindən kömək istədi-SƏBƏB
Hər qadına 5 dost
Günün qoroskopu: Hisslərinizi cilovlayın!
Vanna otağında qara rəng trendi
Təbii gözəllik vasitəsi: Hind Yağı
Talassemiya xəstələrinin artmasının SƏBƏBİ açıqlandı
Düşmən cəbhədə mülki əhalini və yaşayış evlərini hədəf aldı - RƏSMİ
Özge Ulusoydan ayrılıq xəbəri
Mərci salatı (foto resept)
Bu həşəratları öldürərək təbiətə zərər veririk!
Saçları seyrəldən 5 vərdiş
“Twitter” satışda - Kim alacaq?
Hər zövqə uyğun paltarlar
Fotoşəkildə gözəl görünməyin 5 Yolu
Bu şəxslər ali məktəblərə müsabiqəsiz qəbul olunacaq
Qadınların cavan qalmasına kömək edən məhsullar
Rusiyalı rəssamın əl işləri
Nokia Lumia insanı xilas etdi
Maşınlar Bakının mərkəzində saxlanılarsa
Məşhur aktyor ata oldu
Günün qoroskopu: Münaqişə etməyin!
Microsoft daha onları yeniləməyəcək
"Çukur"un yeni mövsüm tizeri - Video
Dünyanın ən yaşlı əri öldü - FOTO
Bu cür insanlardan UZAQ DURUN!
Hava haqqında
TQDK-dan müraciət
TƏBİB əhaliyə müraciət etdi
Gündəlik salat (foto resept)
Şəkərli sadə peçenyelər (foto resept)
Hər gün bu tərəvəzi yeyən insanda xərçəng olmur
Bəşər Əsəd dürüstlük testindən keçdi
Berkay AÇIQLAMA VERDİ
Zakir Həsənov: "Düşmənə on qat zərbə vurulacaq”
Məşhur aktyor “Çukur” serialına qayıdır
Bakıda evlər ucuzlaşdı
Elektrik dirəklərini bəzədilər
- ŞƏRHLƏR