Qadin.NET / Bitkilər üçün 3 təbii gübrə

Bitkilər üçün 3 təbii gübrə

 

Qəhvədən gübrə

Bir fincan dəmlik qəhvə hazırladıqdan sonra içdiyiniz qəhvənin stəkanda qalan çöküntüsünü saxlayın. Bitkilərinizi gübrələmək üçün istifadə edə bilərsiniz. İlk əvvəl ən az 20 litr su dolu vedrəyə təxminən 6 fincan istifadə olunmuş qəhvəni əlavə edin. Sonra 2-3 gün saxlayın. Son olaraq, hazırladığınız qarışımı bitkilərin köklərinə yerləşdirin. Bitkilərin köklərinə az miqdar qəhvə qalıntısı qoya bilərsiniz. 

Bitkilər üçün 3 təbii gübrə

Banandan gübrə

Qabığı daxil bütün banan potasiumla zəngindir. Bu mineral bitkilərdə çiçəklənməyi artırır. Mineral torpağa əlavə edildikdən sonra bitkilər tərəfindən asanlıqla əmilir. Bananlarda fosfor tərkibi yüksəkdir. Banan qabıqları bitkiləri gücləndirir. Bananı soyun və qazana qoyun. Su əlavə edin. Sonra qazın üstünə qoyun və təxminən 15 dəqiqə qaynadın. Soyumağa qoyun və sonra süzün. Su ilə seyrəldin. Bitkilərə verin.

Bitkilər üçün 3 təbii gübrə

Gicitikan 

Bitkinin böyüməsini və gücünü artırır.  Göbələk və böcək dərmanı kimi də möhtəşəm bitkidir. İlk əvvəl, təxminən 2 kiloqram gicitikanı qaba qoyun. Kökləri daxil etməyin. Sonra kiçik parçalar halında kəsin və təxminən 10 litr xlorlanmayan suda  bir neçə saaat saxlayın. Suyu süzün və bitkilərə verin.

Bitkilər üçün 3 təbii gübrə

7 dekabr 2019
GO BACK