1. Yüksək temperaturda yumaq
Aşağı temperaturda yuyulan geyimlərin rəngləri və formaları itməyəcək. İlıq və ya soyuq su, yaxşı paltar yuyan maşınız və yuyucu tozunuz varsa, çirklə asanlıqla mübarizə apara bilərsiniz. Yüksək gigiyena üçün yalnız alt paltarları və dəsmallar 90 C dərəcədə yuyula bilər.
2. Maşına ağır ləkələli geyimləri atmaq
Çox çirkli geyimləri əvvəlcədə əllə yuyun, ləkə çıxarıcı prossesdən keçirin. Əks halda, çirk asanlıqla çıxmayacaq.
3. Şalvarları tez-tez yumaq
Cins şalvar istehsalçıları rəngini qorumaq üçün paltaryuyan maşından əl çəkməyi tövsiyə edir.
4. Səhv qurutma
Səhv qurutma, paltarlarınıza yalnış yuma qədər mənfi təsir edər.
- Avtomatik qurutmanı tez-tez istifadə etməyin. Bu geyimlərin daha tez xarab olmasına və rəng itirməsinə səbəb olar.
- Yun geyimləri asmayın, çünki formasını itirər.
- Paltarların qırışını açmaq üçün asmadan əvvəl silkələyin.