Qadin.NET / Suya çox ehtiyacı olmayan 3 bitki

Suya çox ehtiyacı olmayan 3 bitki

 

Echeveria (Eşqin Gözyaşları)

Adını İspaniyanın Bask bölgəsində doğulmuş, Meksikada işləyən botanik, rəssam Atanasio Echeveria’dan götürülmüş bu bitkinin 150 növü var. Türkiyədə "Eşqin Gözyaşları" adlanır. Yarpaq rəngləri yaşıl rəngdən bənövşəyəyə qədər cürbəcürdür. Uzun ömürlü olan çiçək zanbağı xatırladır. 

 

Suya çox ehtiyacı olmayan 3 bitki

 

 

Haworthia fasciata (İlan dərisi)

Vətəni Mozambik, Nambiya, Cənubi Afrika olan bitki ətli yarpaqları ilə seçilir. Torpağı quruduqda sulanmalıdır. Qış aylarında isə ayda 1 dəfə sulanmalıdır. Günəş işığı düşən yerə qoyulmalıdır. Az işıq yarpaqlarda ağarmaya və saralmaya səbəb ola bilər.

 

Suya çox ehtiyacı olmayan 3 bitki

 

 

Crassula

Latın dilində adı Crassul Ovatadıır. Ağ, qırmızı və sarımtıl rənglərdəki kiçik çiçəkləri yarpaq diblərində və gövdəsində açarlar. Qış aylarında gül açır. Kölgə olayan yerlərdə daha yaxşı böyüyür. Həddindən artıq günəşə məruz qaldıqda yarpaqların rəngi yaşıldan qırmızı və ya qəhvəyi rəngə çevrilir.

 

Suya çox ehtiyacı olmayan 3 bitki
13 yanvar 2020
GO BACK