Qadin.NET / Keks və tortun mükəmməliyi üçün

Keks və tortun mükəmməliyi üçün

Keks və tortun mükəmməliyi üçün

1.Bişirəcəyiniz məmulatları tam olaraq ölçərək hazırlayın.

2.Keks qabına yağı əritmədən yumşaq halda sürtün.

3.Yumurtaları hər zaman şüşə və ya çəlik qabda çırpın.
4.İstifadə edəcəyiniz unu mütləq 1-2 dəfə ələyin(Bu halda un topaclanmır və daha yaxşı qabarır)

5.Keksə və ya torta unu qoymadan 1 yemək qaşığı limon suyu qoysanız həm yaxşı qabaracaq,həm də gözəl qoxusu olacaq.


6. a)Əvvəlcə yumurta sarılarını şüşə qabda şəkərlə çırpın.

b)Yumurta ağlarını ayrı qabda çırpın.

c) Köpüklənmiş yumurta ağlarına şəkərli yumurta sarılarını qatıb bir az daha çırpın.

7.Unu qoyduqdan sonra çırpmayı dayandırın.Taxta və ya plastik qaşıqla qarışdırın.

8.Keks və ya tort xəmirini bişirmədən əvvəl sobanı mütləq isti tutun.

9.Əgər keks və ya tort xəmirini qaz sobasında bişirəcəksənizsə,xəmir listini sobanın yuxarı hissəsinə qoymalısınız.İstilik dərəcəsini ortaya gətirərək istiliyi altdan verməlisiniz.30-40 dəqiqə sonra gərəkirsə üstünün qızarması üçün istiliyi çox az üstdən verın.1-2 dəqiqə sonra çıxarın.

10.Əgər elektrikli soba istifadə edirsinizsə,əvvəldən həm altı,həm də üstü isitmək gərəkir.Xəmir olan listi və ya keks qabını alta qoyun.Üst istiliyini kəsib,yalnız alt istiliyi verin.20-25 dəqiqə sonra keksiniz qabaracaqdır.Sonra üstə alın və üst istisi ilə bişirin.
14 fevral 2009
GO BACK