Sürətli olun
Sürətli hərəkət etsəniz, parçanın sousu içinə çəkməsinə mane ola bilərsiniz. Pomidor sousunu bacardıqca parçanın üstündən götürün. Paltarı tərz üzünə çevirin və soyuq suya tutun. Son olaraq yuyucu tozla əlinizdə yuyun.
Karbonat və oksigenli su
Bu iki məhsulla pomidor ləkəsini təmizləyə bilərsiniz. Oksigenli su ilə karbonatı məcun halına salana qədər qarışdırın. Məcunu ləkənin üstünə çəkin və 10 dəqiqə gözləyin. Sonra durulayın və paltaryuyan maşında yuyun.
Pambıqlı geyimlər üçün oksigenli su
Pambıqlı geyimlərə oksigenli su kömək edəcək. Pomidor sousu pambığın içinə rahatlıqla keçər. Ona görə pambıqlı geyimlərdən ləkə çətin təmizlənər. Soyuq suyun altında ləkəni çıxarın. Duz töküb ovun. Sonra üstünə oksigenli su töküb pambıqla ləkəni silin. Sonda paltaryuyan maşında yuyun.
Yun geyimlər üçün limon
Yun geyimlərdə limon inadkar ləkələri çıxara bilir. İlk əvvəl ləkənin üstünə duz töküb ovun. Sonra limon suyuna batırdığınız bir pambıqla ləkəni təmizləyin. Soyuq suda durulayın.
Sintetik parçalar üçün ağ sirkə
Sintetik parçadakı ləkə üçün 1 stəkan suyun içinə bir neçə damla sirkə tökün. Ləkəni qarışımda ovun. Soyuq suda durulayın. Paltaryuyan maşına atıb yuyun.