Qadin.NET / Ev işlərindəki problemlərin həlli

Ev işlərindəki problemlərin həlli

Hər birimizin evdə usta gözləmək məcburiyyətində qaldığımız məqamlar olur. Halbuki, elə asan problemlər var ki, özümüz də həll edə bilərik. Evinizdəki xırda problemlərin həllini sizin üçün araşdırıb toplamışıq:

Əzilmiş xalçalar:

Ev işlərindəki problemlərin həlli

Xalçaların əzilmiş yerlərini düzəltmək üçün isladılmış bir bez ilə ilıq ütünü bu əzilmiş yerlərin üzərində gəzdirin. Bu zaman ütünü çox basmamağa çalışın, bir sözlə boş saxlayın. əzilmiş hissələrin əvvəlki vəziyyətini aldığını görəcəksiniz. Lazım gəlsə, bir az da fırçalaya bilərsiniz.

Çiçəkləriniz təravətini, gözəlliyini itirərsə:

Ev işlərindəki problemlərin həlli

 Evinizdəki çiçəklər bəzən əlverişsiz şəraitdən və yaxud bir sıra xırda böcəklər səbəbilə korlanır. Onların çiçək kökünü yeməsinin qarşısını almaq üçün siqaret külündən istifadə edin. Belə ki, gülün kökünə tökəcəyiniz kül böcəyin məhv olmasına səbəb olacaqdır.

 

Divan-kreslonun tozunu alarkən:

 

 

Ev işlərindəki problemlərin həlli
 

 

Evinizdə tozsoran cihazınız yoxdursa, bu zaman toz almada bu vasitəni tətbiq edin. Tozunu alacağınız əşyanın üzərinə yaş bir bez sərin və bezə çubuqla təzyiq göstərin. Çıxan toz yaş bezə hopacağından  həm otaq təmizlənər, həm də ki, əşyalarınız uzun müddət təmiz qalar.

Taxta qapı və çərçivə təmizliyi:

Ev işlərindəki problemlərin həlli 

Əllərinizin ağ vəya açıq rəngli qapı və taxtalar üzərində necə ləkə saldığının hamınız şahidisiniz. Taxta əşyalar belə kirlənən zaman edəcəyimiz işlər bundan ibarətdir: Çiy kartofu iki bərabər hissəyə bölün və ləkəli hissəyə yüngülcə çəkin. Ləkələr dərhal yox olacaq və əşya əvvəlki halına qayıdacaqdır. Bundan başqa taxta əşyaları təmizləmək üçün bu metod da effektlidir; İki xörək qaşığı çayı qaynar su içinə tökün. Su soyuduqdan sonra rəngli qapı və ya taxta əşyanı süngər yardımı ilə həmin su ilə yuyun. Daha sonra yumşaq bir bez ilə qurulayın.

Paslı əşyalar:

 

Ev işlərindəki problemlərin həlli

 

 

Qayçı və bıçaqlardakı pas ləkəsini çıxartmaq üçün ən yaxşı çarə qazdır. Pas olan hissəni bir neçə dəfə qaza batırılmış bez vasitəsilə silin. Daha sonra bir bez ilə qurulayın.

Qəhvə dağılarsa:

Ev işlərindəki problemlərin həlli

 

Üzərinizə və ya xalça üstünə qəhvə tökülərsə, ləkəni soyuq su ilə islatdıqdan sonra üzərinə bir neçə damla qliserin damızdırın. Ləkə dərhal çıxacaq.

Mismar vurmaq üçün:

 

 

Qalın mismarları divara vurmaq heç də asan iş deyildir. İnsanın olduqca vaxtını alır və divarın korlanmasına səbəb olur. Bunun qarşısını almaq üçün mismarı divara vurmadan əvvəl sabuna sürtün. Bu halda mismar divara asanlıqla girəcəkdir.


29 oktyabr 2011
GO BACK