Qadin.NET / Evlərdə nəm və kifin qarşısını necə almaq olar?

Evlərdə nəm və kifin qarşısını necə almaq olar?



 

Evlərdə əsasən dekorasiyaya və istiliyə önəm verilir. Bu vəziyyət həm görünüş, həm də istiliyin itirilməsinin qarşısını alma baxımından büyük üstünlüklər yaradır, ancaq bununla yanaşı, rütubətin başlamasına da zəmin hazırlayır. Çünki evlərimizi qapalı bir qutuya bənzədir.

 

Ev içərisində duş qəbul etmək, paltar yumaq, yemək bişirmək kimi gündəlik işlər nəticəsində yaranan buxar və ya nəmli yerlərdə xaricdən evə girən nəmli hava ev daxilində dolaşa bilmir. Bu nəmli hava qapalı yerlərdə öz istiliyindən daha az istiliyə sahib olan səthlərə təmas etdiyi zaman yığışır və rütubət, kiflənmə və pis  qoxuların yaranmasına səbəb olur. Yığılma nəticəsində uzun müddət yaş qalan hər hansı bir səth və ya əşya zamanla kiflənmə, çürümə və s. deformasiyalara uğrayır.

 

Rütubətin və kiflənmənin ən çox görüldüyü yerlər əsasən, bina evlərində şimal hissələrdə, həyət evlərində isə zirzəmilərdə olur. Çünki bu bölgələr evin digər bölümlərinə nisbətən daha sərindir və bu yerlərdə azca da olsa nəmişlik varsa, onun artması müşahidə olunur. Artımın və ya tərləmənin yaranmasında əsas səbəb istilik fərqlilikləridir.

Rütubət, kiflənmə və  nəmişliyin qarşısını almaq və ya mövcud vəziyyətin yaxşılaşmasının ən praktik və təsirli həlli nəm alma cihazı işlətməkdir. Rütubətin coxluğuna, evdə yayılma dərəcəsinə və yayıldığı sahənin böyüklüyünə uyğun olaraq seçəcəyiniz nəm alma cihazı ilə rütubət problemlərinin öhdəsindən asanlıqla gələ bilərsiniz.

Nəm alma cihazları ev daxilindəki havanı, yaşam şərtlərini hiss edir və buna uyğun olaraq evinizdə nəmin çoxalmasını  əngəlləyir. Yaşadığınız yerdə həddən artıq quruluq yaratmayacaq nəm alma cihazları yaşam keyfiyyətini artırmada mühüm rol oynayacaqdır.

 



17 oktyabr 2011
GO BACK