Təmizlik zamanı soyuq sudan istifadə etmək
Təmizlik üçün ilık və ya soyuq su istifadə etsəniz, təmizlik məhsulları təsirli olmaz. Su üçün ideal istilik otaq istiliyindən 10 dərəcə daha yüksək və əllərinizin rahat olduğu istilikdə sudur.
Paltaryuyan maşını təmizləməmək
Bir çox insan paltaryuyan maşını təmizləmir. Amma paltaryuyan mütləq təmizlənməlidir. Təmizləməyi unutduğunuz halda, çirk müəyyən hissələrədə yığıla bilir. Mütəxəssislər, paltaryuyanı 2 həftədən bir təmizləməyi tövsiyə edir. Paltaryuyanı paltar olmadan, ən yüksək dərəcədə işlədərək təmizləyə bilərsiniz.
Tualet fırçasını qapalı yerdə saxlamaq
Tualeti fırçası, evin ən çirkli əşyalarından biridir. Yerinə qoyulmadan əvvəl davamlı təmizlənib qurudulub, dizenfeksiya edilməlidir. Qapalı qabda saxladığınız fırça bakteriyalar üçün ideal məkandır.
Duş pərdəsini və duş başlığını təmizləməmək
Duş pərdəsi nadi hallarda təmizlənir. Ancaq bu doğru deyil. Duş pərdələrini ayda 1-2 dəfə paltaryuyanda yumaq lazımdır. Hər gün duş almasanız da, gecə ərzində heç kimin istifadə etmədiyi duş başlığında bakteriyalar böyüyə bilir. Duş almadan əvvəl suyun ən az bir dəqiqə axmasına icazə verin. Həftədə 1-2 dəfə duş başlığını soda və ya sirkə ilə təmizləyin.