Qadin.NET / Beyin inkişafı üçün məşğələlər

Beyin inkişafı üçün məşğələlər

Beyin inkişafı üçün məşğələlər

1. Sol əlin effekti

Bu məşğələ, sinir rabitəsini möhkəmlədir, həmçinin yenilərini də yaratmaq iqtidarındadır. Misal üçün, kompyuterinizin mousunu digər əlinizə götürün (Əgər siz sağaxaysızsa, deməli əksinə olaraq sol əlinizə götürün) və onunla idarə etməyə başlayın. Əgər nəticədə özünə qarşı inamsızlıq hissi, narahatçılıq və bacarıqsızlıq yaransa, ürəyinizi sıxmayın, sizin beyniniz yeni bacarıq öyrənir. Bu hər zaman - nə isə yeni, yoxlanılmamış bir iş görmək istədikdə baş verir və hər dəfə beyninizdə neyronlar arasında yeni rabitələr qurursuz. Alimlər sübut edib ki, bu effekt incəsənət qabiliyyətlərini aktivləşdirirr və məkan (və ya ətraf mühit) təxəyyülünü xeyli yaxşılaşdırır. Buna görə də, bu məşğələni gündəlik olaraq yerinə yetirin, yeni məşğələlərə başlamaqdan qorxmayın (məsələn: dişləri fırçalamaq (yumaq), yazmaq, qaşığı tutmaq və s.)


2. Mütaliə və krossvordlar

Korsvordların həll edilməsi beyinin inkişafına imkan yaradır və beyninizin aktivliyini stimullaşdırır (təkan verir). Daha çox məlumat mənimsəməyə çalışın, müxtəlif mövzularda kitablar oxuyun, oxuyun və bir daha oxuyun. Yeni xobbi axtarıb tapın, xarici dil öyrənin. Özünüzü daimi televizora baxmaqdan uzaqlaşdırın, yoxsa beyniniz "kütləşməyə" başlayacaq. Beyninizi nə qədər tez məşq etdirməyə başlasaz, yaşlı insanların ağıl xəstəliyinin öhdəsindən gəlmək sizin üçün daha rahat olacaq. Məlumdur ki, beyinin mütəmadi məşqi, əqli və fiziki istənilən aktivliyi "yaşlı" insanlar arasında yaddaşın itirilməsi hallarını minimuma endirir və yaşlanmaq (qocalmaq) prosesini ləngidir.


3. İdman

Sübut edilib ki, (ixtiyari halda) fiziki qüvvə əldə edən (fiziki işlərlə məşğul olan) insanın beyini yaxşı və sürətli inkişaf etdirilir. Kaliforniya ştatının "SALK" bioloji araşdırmalar institutunun alimləri belə nəticəyə gəlib ki, fırlanan çarxda qaçan siçanlırn beyin hissəsində hafizə və təlimə cavab verən hüceyrələr 2 dəfə çoxdur.


4. Tapmacalar

Məntiqi tapmacalar, pazllar, başsındıran məsələlər beyinin işləməsi üçün əla üsuldur, həmçinin onun aktivliyini (işlək olmasını) dəstəkləyəcək. Tez-tez həll edin və beyininizi məşq etdirin. Misal üçün, "Sudoku" oyununu oynayın.

Beyin inkişafı üçün məşğələlər

5. Lüğət bazanızı doldurun (artırın)

Gündəlik olaraq istənilən yeni sözün mənasını öyrənməyə başlayın (bunun ana və ya əcnəbi dildə olması fərq etmir). Sizin intelektiniz və lüğət arasında böyük bir ziddiyyat var. Əgər lüğət (söz) ehtiyatı müntəzəm surətdə yeni sözlərlə artırsa, o zaman intelekt səviyyəsi də artır.


6. Gündəlik

Gündəlik tutulması (tərtib edilməsi) sizin beyninizin sərhədlərini genişlətmək imkanı verir. Xatirələriniz, arzularınız, mövcud (cərəyan edən) hadisələri qeyd edin. Bunun ən yaxşı yolu - şəxsi bloq düzəltməkdir (hazırlamaqdır).


7. Neyrobika

Bu termini Dyuk Universitetinin neyrobiologiya professoru, fəlsəfə üzrə doltor Lourens S. Katz daxil etmişdir. Neyrobika - öz növbəsində beyin məşqinin unikal sistemidir. Hansı ki, gündəlik mühafizəkarlılığı (eynilik, tənbəllik, kütlük) silkələyərək, gözlənilməz nöqteyi-nəzərdən bütün 5 fiziki hiss və emosiyalara təsir edir. Məşğələ beyin hüceyrələrinin qorunması, artması (çoxalması) və möhkəmlənməsi üçün gərəkli , şəxsi qidalandırıcı maddələrin istehsal olunmasında beyinə yardım edir. Neyrobika ilə ürək istədiyi yerdə, istənilən zaman məşğul olmaq olar. Bu orijinal və əyləncəli beyini inkişaf etdirmə üsulu ağılın "səliqəlik" və çevikliyini əldə etmək üçün sizə yardım edərək, pis inkişaf etmiş sinir rabitələri və yolu aktivləşdirmək (canlandırmaq) imkanı verir.

Hansı məşğələlər var:

Hislərin uyğunlaşdırılması. Musiqiyə qulaq asın. Yağışın səsindən həzz alın, damlaların əlinizin içinə düşməsini hiss edin. Çiçəklərin ətrini duyun. Gildən yapma ilə məşğul olaraq, buludlara tamaşa edin.

Eyniliyi (rutin) məhv edən. İşə yeni marşrutla gedin. Digər əlinizlə yeyin. Başqa Meyvə-tərəvəz dükanına gedin. Kompyuter mousunu digər əlinizlə idarə edin.

Gündəlik tapşırıqlarda sizin bir və ya bir neçə hisslərinizin qoşulması. Bağlı gözlərlə geyinin və soyunun, gözü yumulu əl-üzünüzü yuyun (yuyunun). Yalnız vizual fikirdən istifadə edərək və ya susaraq ünsiyyət qurmaq mümkündür.


Tərcümə etdi: Fərid Abdullah

7 avqust 2019
GO BACK