LCD monitorlar, dizüstü sistemlərin ekranları, LCD TV-lər, plazma tv-lər… Yeni bir sistem almısınızsa, demək masanızın üstündə bir LCD monitor vardır. Notebook sahibisinizsə, avtomatik olaraq bir LCD ekrana sahibsiniz. Salonunuzda da bir LCD TV olma ehtimalı gün keçdikcə artır, məlum qiymət rəqabəti, faizli satışlar və s.
LCD monitor təmizliyi üzərində dayanılması lazım olan bir mövzudur. Bu mövzu xüsusilə son zamanlarda daha da gündəmdədir. Bunun səbəbi yalnız daha çox LCD ekrana sahib olmamız deyil. Xüsusilə yeni notebookların ekranında iştirak edən, şüşə kimi görünən parlaq təbəqənin dayanıqlı görünməsi və hər cür bez və təmizləmə mayesi ilə təmizlənə biləcəyi təəssüratı oyandırmasıdır. Çox bilindiyiniz şeylər söyləyəcəyik amma bu cür mini rəhbərlərdə hədəfimizin naşı istifadəçilər olduğunu unutmayın:
LCD-lərin ən üst təbəqəsi şüşə deyil. Cızılmağa çox uyğun olan həssas bir təbəqə ilə bağlıdır. Yalnız LCD deyil, plazma TVlərin ekranlarında da eynilə balonlu CRT monitorlarda olduğu kimi əks olunmağı önləyən bir örtməyə (anti-glare) malikdir. Bu örtmə də son dərəcə həssasdır. İçərisində amonyak kimi "yandırıcı" maddələr olan təmizləmə mayelərini əsla istifadə etməyin. Təsadüfi istifadə edəcəyiniz bir təmizlik mayesi LCD təbəqələrinə zərər verə bilər.
100% pambıqdan çıxarılmış bir dəsmal ilə də monitorunuzu silə bilərsiniz ancaq ən təsirli təmizliyi xüsusi mikrofiber bezlərlə edərsiniz. Ya da eynək silmə bezi istifade edə bilərsiniz. Mikrofiber bezlər çox yumşaq olduğu üçün zərər verməz; strukturları etibarilə daha çox kiri təmizləyə bilərlər. LCD ekranınızın daha gec tozlanmasını istəyirsinizsə, anti-statik xüsusiyyət saxlayan təmizləmə mayeləri istifadə etməlisiniz. Ancaq anti-statik mayelər tozlanmağı tamamilə yox etmir; yalnız gecikdirər. Anti-statik xüsusiyyətli təmizlik mayelərin bir başqa müsbəti də, təmizlik əsnasında ekranda tük buraxmamasıdır.
LCD TV və ya monitorunuzu silmədən əvvəl bağlamağı unutmayın.
İstifadə edəcəyiniz təmizləmə mayesini monitora sıxmayın!
İstifadə edəcəyiniz təmizləmə bezinə sıxıb elə təmizlik edin.
İstifadə etdiyiniz bez xüsusi mikrofiber bez olsa belə təmizlik əsnasında çox basdırmamağa diqqət yetirin. Çox nəzakətli və dairəvi hərəkətlərlə təmizlik edin. LCD ekranınızda nəm və yaşlıq qalmamasına diqqət yetirin. Ekranın quru olduğundan əmin olduqdan sonra ekranı aça bilərsiniz. Çirklənən mikrofiber bezi su ilə yuya bilər və qurutduqdan sonra təkrar istifadə edə bilərsiniz.
LCD Monitor və TV xüsusi təmizlik mayelərini haradan almaq olar ?
Narahat olmayın, ən asan tapa biləcəyiniz aksesuarlardan biri artıq LCD ekran təmizlik mayeləri və bezləridir. Hər hansı bir kompüter mağazasında, və ya online alış - veriş saytında tapa bilərsiniz.
Bu xüsusi təmizlik vasitələriylə yalnız LCD monitor, və ya LCD TV deyil, mp3 dikslər və ya cib telefon ekranını da rahatca silə bilərsiniz.
Bizim daha əvvəl Rogge və Hamanın LCD təmizlik mayelərini istifadə etmə təcrübəmiz oldu. İkisi də olduqca müvəffəqiyyətli idi, ancaq Hama çox bazarda tapılmır.
Sağda Hamanın LCD təmizləmə mayesi. Soldakı isə Rogge. 2 fərqli mikrofiber bezi də görürsünüz.
Uzun sözün qisası, artıq ən az bir LCD ekrana sahib cihaza sahibik. Buna görə bu cür bir təmizlik vasitəsi almaq sizə çox faydalı olacaqdır. Həm olduqca uzun müddət istifadə edərsiniz, həm də o tozlu ekranı sildikdən sonra təmiz ekrana baxma kefindən məhrum qalmazsınız. Siyirtmənizdə bu təmizlik vasitələrindən mütləq olsun.