Qadin.NET / Dibçəkləri necə seçməli?

Dibçəkləri necə seçməli?

 

Bir çoxumuz satışda evimizə rəng və gözəllik qatan dibçəkləri görüb çox bəyənir və dərhal alırıq. Lakin evə gətirdikdən bir müddət sonra bitkilərin yarpaqları saralmağa, çiçəkləri solmağa və yavaş-yavaş ölməyə başlayır. Bu bizə pis təsir etdiyi üçün təbiət ilə dostluğumuza vida edir və bir daha dibçək almamağa qərar veririk.
Əslində evimizə əsasən xaricdən gətirilən dibçəkləri alırıq
. Çünki onların görünüşü bizi cəlb edir. Amma bir müddət sonra bu gözəl görünüş pozulduğu zaman keyfiyyətsiz məhsul aldığmızı başa düşürük. Əlbəttə, bu da səbəblərdən biri ola bilər. Amma bitkilərə qulluq ilə əlaqədar bəzi həssas nöqtələr də vardır və bəlkə də biz bunları bilmədiyimiz üçün yaşıl dostlarımızı itiririk.

 

Bitkilərin hərəkət etməməsi və danışmaması onların heç bir ehtiyacının olmadığı mənasını verməz. Bitkilərin də insanlar və heyvanlar kimi bir çox fərqli ehtiyacları vardır. Bunlardan ən əhəmiyyətlisi istilik və işıqdır. Hər bir bitkinin istilik və işığa olan ehtiyacı fərqlidir. Əvvəlcə evinizə alacağınız dibçəyin evinizə uyğun olub-olmadığını bilməlisiniz. Bitkiləri əsasən yazda və payızda almaq məsləhətdir. Çünki qış aylarında istixanada müəyyən bir temperaturda bəslənən bitki evdəki yüksək temperatura uyğunlaşa bilməz.

Dibçəyi seçərkən onun böyümə sürətinə, saxlayacağınız sahəyə və işıq qəbul edəcəyi bucağa baxmaq lazımdır. Bir çox bitki fərqli mühitlərdə böyüyər. Lakin hamısının sevgi və qayğıya ehtiyacı vardır. Bəziləri böyüdükcə qabı ona dar gələr, amma sevgi və qayğı olsa, əsla solmaz. Buna görə də şərtlər nə olursa-olsun, onların qayğısını çəkməkdən usanmayın.

3 oktyabr 2011
GO BACK