Qadin.NET / Vanna otağının interyeri üçün məsləhətlər

Vanna otağının interyeri üçün məsləhətlər

Vanna otağında doğru planlaşdırma və dizayn  ilə gözəl və geniş məkana sahib ola bilərsiniz. 

Vanna otağının interyeri üçün məsləhətlər
Stili necə olursa-olsun vanna otağınız həmişə kiçik olaraq qalacaqdır. Amma bir az rəng dəyişikliyi, parlaqlıq, bir neçə sadə mütəxəssis məsləhətiylə kiçik vanna otaqlarını doğru yerləşdirmə qaydalarını tətbiq edərək sevimli, rahatlandırıcı məkan halına çevirə bilərsiniz. Vanna otağını böyük göstərmək üçün tövsiyyələr: 
 

Rənglərin sakitlikverici təsirindən istifadə edin. Açıq və yumşaq rənglər məkana həm genişlik bəxş edəcək, həm də daha rahatladıcı təsir hiss etdirəcəkdir. Vanna otağında güclü, gözqamaşdırıcı rənglər istifadə etməkdən çəkinin. Divarlarda ağ və ağın çalarlarından istifadə edin. Aksesuarlarda və dəsmallarda digər canlı rənglərdən istiadə edə bilərsiniz.  

Doğru seçilmiş işıqlandırma ilə məkanı daha geniş göstərə bilərsiniz. Geniş tətbiq olunan spot lampalar məkanı olduğundan daha böyük göstərir. Vanna otağının ümumi işıqlandırılmasından başqa, güzgünün kənarlarına da işıq lampaları tətbiq edə bilərsiniz.

Güzgülər: Əlüzyuyanın üst tərəfinə böyük bir güzgü yerləşdirin, ya da irili-xırdalı bir neçə güzgüdən istifadə edərək qeyri-adilik hiss etdirin. Böyük güzgü məkanı və işığı əks etdirərək geniş otaq təəssuratı yaradacaqdır. 

Vanna otağının interyeri üçün məsləhətlər

Yerin döşənmə qaydası: Yerə açıq rəngli  metlaxlar döşəyin. Bununla vanna otağı daha geniş görünəcəkdir. Dəyişdirməyə imkanınız yoxdursa, açıq rəng vanna otağı xalılarından istifadə edin. 

Aksesuarlar: İri həcmli aksessuarlardan istifadə edin. Bunlar vanna otağı ləvazimatlarını qoymaq üçün lazım olan müxtəlif tipli səbətlər, dəsmallar və s. ola bilər.

Vanna otağının interyeri üçün məsləhətlər

Vanna otağında pərdədən istifadə edirsinizsə açıq tonlara müraciət edin və işlətmədiyiniz zamanlarda pərdəni açıq saxlayın. Bundan başqa vanna otağının dekoruna uyğun şkaf seçimi də çox önəmlidir. Həmin şkaflarda əşyalarınızı lazımi səviyyədə mühafizə edə bilərsiniz.

 

 

 
11 oktyabr 2011
GO BACK