Ramazan ayında oruc tutanların yaşadığı ciddi problemlərdən biri xoşagəlməz ağız qoxusudur.
Diş həkimləri Ramazanda ağızda xoşagəlməz qoxularının yaranmaması üçün bir neşə tövsiyə verib.
Uzun müddət davam edən oruc prosesi ağızda quruluğa yol açır. Bu da ağız boşluğunda xoşagəlməz və ətrafdakıları narahat edəcək qoxu yaradır. İmsak və iftardan sonra dişlər fırçalanmırsa, ağızda qalan qida artıqları ağız qoxusuna səbəb olur. Uzun müddət təmizlənməyən ağızda diş əti iltihabı başlayar və bu iltihab da qoxuya səbəb olar. İmsak və iftar yeməyindən sonra dişlər mütləq şəkildə, ən az, 2-3 dəqiqə fırçalanmalıdır.
Bundan başqa, imsakda bir fincan soyuq süd içilməsi, iftarda isə bol su ilə birlikdə yaşıl çay içmək də bu problemi aradan qaldırır. Yemək yeyərkən nanə, zəncəfil, cəfəri, yaşıl çay, evkalipt, darçın kimi birtkilərdən istifadə etmək də ağız qoxusunu azaldan metodlardandır.
Mütəxəssislər bildirir ki, tərkibində spirt olan ağız qarqara məhsulları quruluğu daha da artırır. Dişləri fırçalamayıb, sadəcə diş üzərindəki ərpi qarqara yolu ilə təmizləmək yanlışdır. Oruc tutarkən gündə bir neçə dəfə su udmamaq şərtilə ağız boşluğunun qarqara edilməsi dişlərin və diş ətinin sağlamlığı üçün əhəmiyyətlidir.
Zümrüd,
Video: Sevinc Xanqızı
Publika.az