Qadin.NET / Paltaryuyan maşını necə təmizləməli?

Paltaryuyan maşını necə təmizləməli?

 

Birinci üsul:

Sirkə ilə isti proqramda işlətmək

Yuyucu toz yerinə iki stəkan ağ sirkə istifadə edərək isti proqramda, boş olaraq işə salın. Ağ sirkə paltarlara ziyan vurmaz. İsti su və sirkə qarışımı, bakteriyaların yaranmasının qarşısını alar. Sirkə eyni zamanda qoxunun qarşısını alır. Kif qoxusunun qabağını alır. 

Paltaryuyan maşını necə təmizləməli?

İkinci üsul:

İçini, çölünü fırçalayın

Bir vedrədə yarım su stəkanı sirkəni ilıq su ilə qarışdırın. Bir süngər və ya fırça istifadə edərək maşının içini bu qarışımla təmizləyin. Xüsusilə, rezini yaxşıca təmizləyin. Fırçalamadan əvvəl sirkəli suya batırın. 

Paltaryuyan maşını necə təmizləməli?

Üçüncü üsul:

İsti proqramda işlədin

Maşını yuyucu toz və ya sirkə olmadan, isti proqramda, boş işə salın. Bakteriya və mineral yığınının qarşısını ala bilərsiniz.

Paltaryuyan maşını necə təmizləməli?

 

23 aprel 2019
GO BACK