Artıq olanları dostlarınıza verin
Bütün dostlarınızı cehizlə bağlı sizə kömək etmək istəyəcək. Beləliklə, həm alınan hədiyyələr yerini tapacaq, həm də etdiyiniz xərclər azalacaq.
Lazımsız elektrikli alətlərdən qaçın
Popkorn aparatı, şəxsi blender, vafl aləti, yumurta bişirmə maşını kimi o qədər lazım olmayan alətləri almaqdan əl çəkin.
Hər şeyə tabe olmaq məcburiyyətində deyilsiniz
Təkcə adət və ənənələrə uyğun olsun deyə edilən alış-verişlər cütlükləri maddi sıxıntıya sala bilir. Dantelli əşyalar, gəlin yataq örtüyü, çehiz sandığı kimi o qədər vacib olmayan əşyaları almağa məcbur deyilsiniz.
Qab alarkən həddini aşmayın
12 nəfərlik yemək qabları və fincanlardan artıq qab almaq heç kimə fayda verməz. Həm şkaflar dolub daşacaq, həm də maddi çətinliyə düşəcəksiniz.