Geyimlərinizi ağardın
Geyimlərinizi ağartmaqda çətinlik çəkirsinizsə, yumurta qabıqları sizə kömək edəcəkdir. Yumurta qabıqlarını, dəsmalla sarıyın və paltaryuyan maşına atın. Geyimləri ağardacaq.
Bitkilərinizi qidalandırın
Bitkiləriniz sağlam qidalandırmaq istəyirsinizsə, yumurta qabıqlarını istifadə edə bilərsiniz. Bir stəkan isti suyun içinə yumurta qabıqlarını qoyun və 5-10 dəqiqə saxlayın. Bitkilərinizi bu su ilə 10-15 dəqiqə sulayın.
Evdə təbii təbaşir hazırlama
Yumurta qabıqları ilə uşaqlarınız üçün təbii təbaşir hazırlaya bilərsiniz. Kasada unu isti su ilə qarışdırın və 1 yemək qaşığı əzilmiş yumurta qabığı əlavə edin. Yaxşıca qarışdırın və məcun halına gətirin. Əgər rəngli olmasını istəyirsinizsə, rəngləndirici istifadə edə bilərsiniz. Daha sonra qəlibə tökün və 3 gün qurumasına icazə verin.
Bağçanızı zərərli böcəklərdən və heyvanlardan qoruya bilərsiniz
Bağçanızı zərərli böcəklərdən qoruya bilərsiniz. Yumurta qabıqlarını əzib bağçanıza səpin. Zərərli böcəklərin yox olduğunu görəcəksiniz.