Qadin.NET / Büllur və şüşə qablar

Büllur və şüşə qablar


           Büllur qabları isti su ilə yuduqda rəngi dəyişir.Odur ki, belə qabları bir neçə damcı naşatır spirti qatılmış iliq su ilə yuyurlar.Büllur qablar yuyulan ləyənin dibinə əski salmaq lazımdır. Yuyandan sonra büllur qabları kağız salfetlə silmək lazımdır çünki dəsmalla siləndə üstündə xovu qalır.
           Büllur qablar öz görünüşünü uzun müddət saxlasın deyə onu lilli suda yuyun,quruladıqdan sonra parıldayana kimi yuyun əski ilə silin.Şüşə qablar daha möhkəm olsun deyə istifadə etməmişdən əvvəl qaynatmaq lazımdır.Bunun üçün qazanın dibinə bir qat qum tökür qabları qoyub soyuq su ilə doldurun ,15dəqiqə qaynadın sonra 2 xörək qaşığı duz töküb yenə 30 dəqiqə qaynadın.Su soyuyandan sonra qabları çıxarıb soyuq su ilə yaxalayın .Şüşə qablar quru xardal tökülmüş isti suda yuyulur,isti su ilə yaxaladıqdan sonra qurudulur.Şüşə qabları güldanları 2 xörək qaşığı sirkə və 1 xörək qaşığı duz tökülmüş suda təmiz su ilə yuduqda ,büllur kimi parıldayır.Şüşə butulka və qrafinləri yumaq üçün içinə xırda doğranmış kartof ,ya əzilmiş yumurta qabığı ,ya da qəzet parçaları tökmək lazımdır.Butulka ya da qrafini bərk çalxalayın və sonra təmiz su ilə yuyun.
Güldanların dibində əmələ gəlmiş yaşıl ərpi sirkə və ya duz məhlulu ilə yumaq olar.

19 sentyabr 2011
GO BACK