Qadin.NET / Evdarlığı öyrənək

Evdarlığı öyrənək


Kəsmiyi, pendiri duzlu suda isladılmış əskiyə büküb saxladıqda keyfiyyəti itmir.
Südü və yağı pendirin yanında saxlamaq olmaz.
Yeməyin üzərinə yenidən yağ qızdırmamaq üçün kiçik qaba əvvəldən qırmızı istiot qızdırılmış yağı qoyub saxlayın.
Qaymağın kiflənməməsi üçün əvvəl kağız mətbəx dəsmalına büküb, sonra sellofana qoyun.
Meyvə yeməyi sevməyənlər üçün boş zamanlarınızda bir nəfərlik meyvə salatı hazırlayıb hava almayan qablarda saxlayın.
Əti yumuşaq, tez bişməsi üçün:əti alan kimi quşbaşı şəklində doğrayıb yağ qoymadan bir qazana qoyun,əvvəl qüvvətli temperaturda 1-2 dəqiqə sonra az dərəcədə suyunu azaldana kimi bişirin.Yumşaq olduğunu görəcəksiniz.Buz yerinə qoyun isdədiyinizdə çıxardıb işlədin.
Ləzzətli sup bişirə bilmirəm deyənlər üçün:makaronun suyunu sup bişirərkən istifadə edə bilərsiz.
Yeni bir tava aldıqda əvvəl içində 1 miqdar sirkə qaynadın.Bu əməliyyat gələcəkdə qızartmaların tavaya yapışmasına yol vermir.
Siyirtmələrin içini boşaltmadan təmizləmək istəyirsizsə tozsaranın ucuna incə bir corab keçirin.
Qızartma yağını 1 neçə dəfə istifadə edə bilərsiz.İstifdə edilə biləcək vəziyyətdə olub olmadığını anlamaq üçün qabın içərisinə 1 dilim çörək atın.Çörəkdə quru ləkələr əmələ gəlmirsə istifadə edə bilərsiz.
8 sentyabr 2011
GO BACK