Tozsoranın təmizliyi üçün hansı üsullardan istifadə etməli? Tozsoranın ömrünü necə uzatmalı? Bu suallara cavab tapmaq üçün aşağıdakı yazıya nəzər salın.
Tozsoranı təmizləmək üçün praktik üsullar:
- Tozsoranın torbası dolana qədər gözləmək yerinə həftədə bir dəfə davamlı olaraq torbanı təmizləyin.
- Xortumunun girişini təmizləyin. Xortumun içinə bir miqdar sirkə tökərək mikrobları öldürə bilərsiniz. Su ilə yuduqdan sonra tamamilə quruduğundan əmin olun. 1 damla su belə motoru yandıra bilər. Ehtiyatlı olun.
- Tozsoranın şotkalı hissəsini mütəmadi olaraq təmizləyin. Sağlamlıq üçün zərərli mikroblar ora yığılır.
- Tozsoranın üzərindəki tozları da təmizləyin. Təmiz istifadə etdikdə, tozsoranın istifadəyə yararlılığı uzun ömürlü olur.