Yemək bişirərkən yağ ətrafa sıçrayır və mətbəxdə yağ ləkələri yarana bilir. Bu ləkələri necə təmizləməli?
Yağ ləkələrini təmizləmək üçün praktik məsləhətləri sizə təqdim edirik.
- Sprey şüşəsinin içinə ilıq su və 1 neçə damla ağ sirkə tökün və qarışdırın. Yağ sırayan yerlərə sıxın və 5 dəqiqə gözlədikdən sonra təmiz dəsmalla silin.
- Yağ sıçrayan yerlərə karbonat tökün və üstünə təbii mədən suyu əlavə edərək köpüklənməsinə icazə verin 5 dəqiqə gözləyin və təmiz dəsmalla yağları silin.
- Limonu ikiyə bölüb, bir yarısını qabıqdan tutaraq dairəvi hərəkətlərlə yağlı bölgəyə çəkin. 6 dəqiqə ərzində üstündə limonu saxlayın. Daha sonra əl sabunu ilə köpüklənmiş dəsmalla silinş
- Yağlı olan bölgəyə limon tərkibli yuyucu vasitə tökün. 7 dəqiqə gözləyin. Ləkə qalıqlarını nəmli bintlə silin.