Qadin.NET / Faydalı məsləhətlər

Faydalı məsləhətlər

 

* Süfrəyə düşmüş çay ləkəsini bir neçə damcı limon şirəsi ilə asanlıqla təmizləmək mümkündür.
* Xirda-para yun şeyləri güvədən qorumaq üçün qəzetə büküb yığın. Güvə mətbəədə işlədilən rəngin iyini sevmir.
* Qaralmış alüminium qabın əvvəllki kimi parıltılı olmasını istəyirsinizsə, həmin qablarda sirkə qatılmış su qaynadın. Sonra qabları soyuq su ilə yuyub quru dəsmalla parıldayanadək silin. Bunun üçün hər litr suya bir xörək qaşığı sirkə tökmək lazımdır.
* Çayı, kakaonu, qəhvəni, istiotu, balı, yarmanı, makaronu və s.qapalı qablarda saxlamaq məsləhətdir.
* Qəhvə pıçalına batırılmış yaş əski ilə qazanı asanlıqla yuyub təmizləmək olar.
* Stəkaları duzlu su ilə yuyub, sonra da soyuq su ilə yaxalasanız, onlar büllur kimi parıldayar.
* Çiy soğanla çəngəl-bıçaqda olan pas asanlıqla təmizlənir.
* Çirklənmiş güzgünü lil qatılmış soyuq su ilə yuduqda ləkəsi tamam təmizlənir, parıltılı olur. Dəmlənmiş çay ilə də güzgünü silib təmizləmək mümkündür.
* Divara vurduğunuz mıx tez-tez yerindən qopursa,onu çıxarıb qəzet parçası sarıyın. Sarınmış mıxı suda isladib əvvəlki yerinə vurun. Bir vaxtdan sonra qəzet quruyub mıxı divarda möhkəm saxlayacaq.
* Əzilib qırışmış yun paltarı ütüləmədən də düzəldib səliqəyə salmaq olar. Bunun üçün onu qaynar su tökülmüş ləyənin üstündən asmaq kifayətdir.
* Güvə bəzi bitkilərin ətrindən qaçır. Odur ki, evinizdə güvənin olduğunu müşahidə etmisinizsə, ətirli bitkilərdən istifadə edin. Nanə, reyhan, qaymaqçiçəyi, yarpız və s. ətirli bitkilər güvəni məhv etmək üçün ən yaxşı vasitədir.
* Tül pərdələri ilıq ütü ilə ütüləyin. Adi pambıq sapdan toxunmuş tülləri azca nəm halda hamarlayıb əvvəlki şəklinə salıb ütüləmək məsləhətdir.
* Çaydan ərp bağlayıbsa onu asanlıqla təmizləyə bilərsiniz. Bir hissə sirkə və 6 hissə suyu çaydana töküb qaz piltəsinin üstünə qoyun. 60-70 dərəcəyə qədər qızdırın. Sonra təmiz su ilə yuyun.
* Yanmış qazanı təmizləmək üçün ona duzlu su töküb səhərə qədər saxlayın. Ertəsi gün qazanı odun üstündə qaynadın. Qazan təmizlənəcək.

1 sentyabr 2011
GO BACK