Nanə
Qarışqalar nanə qoxusunu sevməz. 10 damla nanə yağı və 1 fincan su qarışımı hazırlayın. Qarışqaları gördüyünüz yerə səpin. Bunu gündə iki dəfə təkrar edin.
Darçın və mixək
Darçın və mixəyi qarışqaları gördüyünüz yerlərə qoyun.
Duz
Qarışqaların evə girdiyi yerlərə duz səpərək onları uzaqlaşdıra bilərsiniz. Ən ucuz və asan üsuldur. Adi duzla qarışqalardan xilas ola bilərsiniz. Suyu qaynadın, duzların içində əriməsini gözləyin. Sprey şüşəsinə doldurub yerlə sıxın.
Limon
Qarışqaları qovan üsullardan biri limondur. Limon suyunu və ya qabılarını qarışqalar olan yerlərə qoyun. Turş və acı qarışqaları uzaqlaşdıracaq.
Xiyar qabığı
Xiyarın qabıqlarını soyun qarışqalar olan yerlərə qoyun. Səhəri gün qabıqları götürün yenilərini qoyun. Qarışqalardan xilas olana qədər bu üsulları yoxlayın.