Saralmış dişlər
Bir çox insan dişlərinin saralmasından şikayət edir. Əgər diş saralması xarici səbəblərdən qaynaqlanırsa, banan qabığının iç qismi ilə dişlərinizi 10-15 dəqiqə ovaraq gözləyə bilərsiniz. Bu dişlərinizin daha ağ görünməsini təmin edəcəkdir.
Sürüşkən ayaqqabılar
Ayaqqabınızın altı sürüşkəndirsə, aşındırıcı kağızla yuvarlaq hərəkətlərlə aşındıra bilərsiniz. Çox sərt hərəkət etdirməyin.
Tər ləkələri
Yazın baş bəlası tər ləkələridir. Bunun üçün kiçik dilimlərə böldüyünüz kartofu qoltuq altınıza çəkin və gözləyin. Dəri əmdikdən sonra bol su ilə yuyun. Bu üsul tər ləkələrini azaldacaqdır.
Yuxarı yığılan ətək və don
Gəzərkən və ya oturub durarkən yuxarı yığılan ətək və donlarınızın həlli saç spreyindədir. Ətəyi və ya donu geyinmədən əvvəl ayaqlarınıza saç spreyi sıxın.
Paltara yapışan saqqızlar
Geyimlərinizə yapışan çeynənmiş saqqızlardan yapışqanlı bantla xilas ola bilərsiniz. Yapışan saqqızın üzərinə yapışdırın və çəkin. Bunu bir neçə dəfə təkrar edin.
Çıxmayan üzük
Üzüyünüz çıxmırsa, əlinizi qaldırın və bir müddət gözləyin. Qan axışı əldən çiynə doğr olduğundan üzüyünüzü daha rahat çıxara biləcəksiniz.