Lazanya: Kvadrat və ya düzbucaqlı formada olan makaronlardır.
Penne: Pomidor, ət və ya tərəvəz sousuyla yeyilə bilər.
Farfalle: Krem əsaslı souslar üçün uyğundur.
Fusuli: Ət və pomidor sousları üçün uyğundur.
Spaghetti: Hər sousla yeyilə bilər.
Linguini: Dəniz məhsullu souslarla yeyilə bilər.
Tagliatelle: Ət souslarıyla yeyilə bilər.
Macaroni: Makaron salatı üçün uyğundur.
Conchiglie (kiçik): Makaron salatlarında və ya toyuq şorbasında istifadə edilə bilər.
Conchiglie (böyük): Ət souslarıyla yeyilə bilər.
Mətbəx saatınızı qurun. Makaronu ideal bişirmə müddəti 10-12 dəqiqədir. Ancaq bu müddət makaronun şəklinə və keyfiyyətinə görə dəyişir. Ən etibarlı yol dadına baxmaqdır. Buna görə də bişirmə əsnasında 8-ci, 9-cu və 10-cu dəqiqədə makaronun dadına baxın. Bu, xüsusilə yeni marka makaronu sınayarkən lazımdır. Souslu makaron bişirirsinizsə, qaynama müddətini 1 dəqiqə qısaldıb onu sousu bişirmə müddətinə əlavə edə bilərsiniz.
Süzgəci hazır saxlayın. Onun qıraqlarından isti su axıtmağa başlayın ki, isti makarona hazır olacaq dərəcədə istilənsin. Süzgəcin nəmli qalması makaronun qurumasının qarşısını alacaqdır.