Qadin.NET / Su ləkələrini necə təmizləməli?

Su ləkələrini necə təmizləməli?

Vanna otağında su ləkəsinin ən çox qaldığı yer duş kabinidir. Bu ləkələri təmizləmək üçün asan üsulları sizə təqdim edirik.

 

Qabartma tozu və sirkə

Qabartma tozu və sirkəni bir qabın içində məcun halına salın. Alınan məcunu duş kabininə sürtün və 15 dəqiqə gözləyin. Daha sonra duş kabinindən məcunu ilıq su ilə təmizləyin. Ləkələrin asanlıqla yox olduğunu görəcəksiniz.

Su ləkələrini necə təmizləməli?

 

Təmizləyici vasitə və sirkə

Sprey şüşəsinə biraz su və sirkə tökün. Bu qarışımı çalxaladıqdan sonra içinə yuyucu toz tökün və çalxalamağa davam edin. Su ləkələrinə sıxın və 15 dəqiqə gözləyin. Daha sonra süngər təmizləyin.

Su ləkələrini necə təmizləməli?

 

2 aprel 2018
GO BACK