Banan qabığı
Dişləri ağartmaq üçün banan qabıqlarından da istifadə edə bilərsiniz. Banan qabıqlarının tərkibində olan maqnezium diş ləkələrini aradan qaldırır. Həftədə bir dəfə qabığın içini dişlərinizə 2 dəqiqə ovaraq sürtün, sonra dişlərinizi fırçalayın.
Alma sirkəsi
Antibakterial xüsusiyyətlərə malikdir. Ağzınızı yaxalamaq üçün istifadə edə bilərsiniz. Dişlərin saralmasının da qarşısını alır.
Zərdəçal
Zərdəçal diş ağartmaqdan əlavə diş əti xəstəliklərinin də qarşısını alır.
Hindistan qozu yağı
Diş əti iltihabının azalmasına və dişlərin ağarmasına kömək edir. Hər səhər ən az 5 dəqiqə təbii hindistan qozu yağını ağzınızda çevirin. Düzgün istifadə ağız qoxusunu da aradan qaldıracaq.
Soda
Soda dişləri ağardır. Amma daimi istifadə edilməməlidir. Həftədə 1 dəfə istifadə olunmalıdır.