Vanna otağının ən çox çirklənən yerlərindən bir də duş kabinləridir. Zamanla yaranan su ləkələri duş kabinlərinin pis görünməsinə səbəb olur. Bu ləkələrdən xilas olmaq üçün ləkə çıxaran məhsullardan istifadə etmək lazımdır. Süngərlə ovalayaraq sürtmək lazımdır. Bir müddət belə saxladıqdan sonra ilıq su ilə durulayın.
Çanaxın təmizlənməsi üçün istifadə edilən ən yaxşı üsul krem təmizləyicilərdir. Mətbəxdə istifadə etdiyiniz süngərlərdən birini götürərək krem təmizləyici ilə ovalayın. Bu üsulu krantlar üçün də yoxlayın. Daha sonra su ilə durulayın.
Vanna təmizliyi zamanı ən vacibi ilk öncə çirkin islanması üçün isti ilə çirklərin yumşadılmasıdır. Süngərlə çirklər təmizlənməlidir.
Mikrobların ən çox olduğu yer unitazlardır. Təmizləyici vasitələrlə, fırça ilə ovalanaraq təmizlənməlidir.
Vanna otağının şüşələri də tez-tez təmizlənməlidir. Bunun üçün ən yaxşı üsul qəzet kağızı ilə edilən təmizlikdir.