Darçın insan sağlamlığına faydalı olduğu kimi, bitkilər üçün də faydalıdır. Darçın bir çox problemə qarşı istifadə olunur.
- Əgər bitkidə yaranan böcəklərdən xilas ola bilmirsinizsə, etməli olduğunuz çox bəsit üsul var. Bunun üçün bitkinin torpağına çevrə formasında darçın tökün. Böcəklər bitkinizə yaxınlaşmayacaq.
- Bitkilərdə göbələk problemi varsa, torpağına darçın tökərək bu problemdən xilas ola bilərsiniz.
- Bitkinizin çürüməyə başlayan hissələri üçün də darçından istifadə edə bilərsiniz. Çürüyən və gücsüzləşməyə başlayan bitki yarpaqlarına darçın ürtün. Bitkiniz güclənəcək.
- Yeni bitki əkmək istəyirsiniz və bitkinin sürətli böyüməsini istəyirsinizsə, bitkini əkəndə darçın əlavə edin. Bitkiniz sürətli böyüyəcək.