Bu il evlərdə qızıl rəngini çox görürük. Bu trendi bəsit və ucuz bir yolla evinizdə yoxlamağınız üçün sizə 4 asan addımda necə evinizdəki aksesuarları trendə uyğun bir formada yeniləyə biləcəyinizi göstərəcəyik.
Lazım olan vəsaitlər:
-Bant
-İstədiyiniz seramik, şüşə aksesuar
-Qızıl və ya metal rəngində sprey boya
Hazırlanması:
Sprey boya ilə rəngləndirmək istədiyiniz hissəyə band ilə yaxşıca bağlayın. Əgər fərqli dizayn etmək istəyirsinizsə, bunu dəyərləndirərək bandları yapışdırın.
Sprey boyanı üzərinə sıxın. Bunu edərkən açıq bir havada olmağa və spreyi sıxdığınız yerə qəzet, qalın kağız yerləşdirməyə diqqət edin.
20-30 dəqiqə qədər quruması üçün gözləyin.