Qadin.NET / Qoxuları yox etməyin yolları

Qoxuları yox etməyin yolları

Qoxuları yox etməyin yolları
 
Soğan qoxusunu əllərinizdən çıxarmaq üçün, əvvəlcədən qaynatdığınız kartofu mətbəxdəki işiniz bitincə əlinizə sürtərək beş dəqiqə qədər əlinizdə ovalayın sonra əllərinizi yuyun.

Uzun bir müddət istifadə edilməyən köhnə çaydanlardan  zamanla çox da xoş olmayan bir qoxu gələr. Bunun qarşısını almaq üçün ən asanı, içinə bir parça qənd qoymaqdır. 

Gül kələminin qaynadılma suyuna bir miqdar süd qatsanız qar kimi ağ olduğunu, həm də pis iy vermədiyini görəcəksiniz.

Kərəviz bişirərkən qoxusunu yox etmək üçün içinə bir az kələm turşusu qoyun. Turşu, kərəvizin qoxusunu yox edəcək.

Kələmi bişirərkən çox da xoş olmayan bir qoxusu vardır. Bunu yox etmək üçün, kələmi bişirəcəyiniz qazanın içinə bir az çörək içi qoymaq lazımdır. Yeməyə qarışmaması üçün, çörək içlərini kiçik, təmiz bir torba içində qoyub, sonra çıxara bilərsiniz.

Əllərdəki sarımsaq qoxusunu çıxarmaq üçün ovucunuza bir az duz götürüb,yüngülcə nəmləndirdikdən sonra yaxşıca əllərinizi ovxalayın. Sabunla da yaxşıca yusanız sarımsaq qoxusunun çıxmış olduğunu görəcəksiniz. Hətta soğan və balıq qoxusunun da.

Soğan soymağa başlamadan əvvəl barmaqlarınızı sirkəyə batırsanız, soğan qoxusunun əlinizə bulaşmadığını görəcəksiniz.

29 iyul 2011
GO BACK