Qadin.NET / Hər bir ev xanımına...

Hər bir ev xanımına...


 

Mətbəx çanağında çox vaxt ərp yığılır ki, o da çürüdükcə pis qoxu verir. Bu əmələ gəlməsin deyə, həftədə bir dəfə çanağa paltar sodası qaynadılmış su tökmək lazımdır.

Mətbəx çanağı tutulduğunda coca-cola töküb, 1 saat gözləmək lazımdır.

 

Qızıl, gümüş əşyaları da coca-colada saxlayanda parlayır.

Çox işlənən emallı qazan qaralmışsa, ağzına qədər su tökülmüş qazana 1 çay qaşığı persol töküb qaynatmaq, sonra isə isti su ilə yumaq lazımdır.

Balıq iyi verən qabı soyuq su və duz ilə yuyanda iyi gedir.

Dolu su ilə qaynayan samovara 1 stəkan şəkər tozu tökdükdə ərpi yaxşı çıxır.

Güzgünü nəmişlikdən və günəş şüalarından qorumaq lazımdır. Parlaq günəş şüaları düz güzgünün üzərinə düşməməlidir.

Güzgünü hər gün quru yumuşaq əski ilə, hər 2 ayda bir dəfə isə sirkəli əski ilə silmək məsləhətdi. Güzgünü sinkalı su ilə siləndə parıldayır.


 

13 iyul 2011
GO BACK