Yataq otağınız üçün təmizlik tövsiyələri
- Yataq dəstləri və paltarları ayrı yuyun.
- Evdə balaca uşağınız və ev heyvanız varsa, yerləri həftədə 3 dəfə silməyiniz vacibdir.
- Mebellər üçün xüsusi dəsmallardan istifadə edin.
Vanna otağının təmizliyi
- Vanna otağındakı şkafları xüsusi yuyucu vasitələrlə təmizləyin.
- Diş fırçalarınızı xüsusi qutuda saxlayın.
Mətbəx təmizliyi
-Evdə jalüzdən istifadə edirsinizsə, ayda 1 dəfə təmizləməyiniz kifayətdir.
- Sobanı təmizləmədən əvvəl 20 dəqiqə isidin.
- Mikrodalğalı sobanın təmizliyi üçün sodadan istifadə edin.
Pərdə və pəncərə təmizliyi
- Pərdələrinizi daima təmizləməyə ehtiyac yoxdur.
- Pəncərələrinizi günəşli bir gündə silməyin. Çünki isti bir gündə şüşəyə tətbiq etdiyiniz təmizləyici maddələr tez quruyur və ləkə yaradır.