Lazım olanlar:
Qutu
Tuvalet kağızı rulonları
Yapışqan
Rəngli kağız və ya əl işi kağız
Hazırlanması:
İsdədiyiniz hündürlükdə və genişlikdə tuvalet kağızı rulonları boyunda olan bir qutu tapın. Bu bir ayaqqabı qutusu ya da dairəvi bir qutu ola bilər. Əvvəlcə qutunun ətrafını istədiyiniz rəng kağız və ya əl işi kağızı ilə örtün. Üzərinə rəngli kağız yapışdırdığınız qutuya şəkillərdə yapışdıra bilərsiniz.
Sonra rulonları qutuya qoyaraq, yapışdrın. Kiçik, amma funksiyalı makiyaj qabınız hazırdı. Bu fikri eyni zamanda uşaqlarınızın qələmlərini qoymaq üçün də istifadə edə bilərsiniz.