Qadin.NET / Yemək bişirərkən edilən səhvlər

Yemək bişirərkən edilən səhvlər

Yemək bişirərkən edilən səhvlər

Makaronu durulama

Makaronu qaynatdıqdan sonra soyuq su ilə və ya uzun  müddət durulamaq makaronun bütün qida dəyərini itirməsinə səbəb olur.

Yemək bişirərkən edilən səhvlər

Soğan və sarımsağı eyni anda qovurmaq

Sarımsaq uzun müddət istiyə məruz qaldığında tərkibindəki bütün vitaminləri itir. Soğanla eyni anda qovurduğunuz sarımsaq sizə heç bir xeyir verməyəcəkdir. Buna görə soğanı qovurduqdan sonra sarımsağı əlavə etməyiniz vacibdir.

Yemək bişirərkən edilən səhvlər

Hamburger küftəsi

Hamburger küftəsi ümumilikdə qalın olur və iç hissəsi bişməyə bilər. Restoranlarda yediyimiz hamburgerlər kimi olsun istəyirsinizsə, bişirmədən əvvəl ortasında dəlik açın. Daha yaxşı bişməsini təmin edəcəkdir.

Yemək bişirərkən edilən səhvlər

Ətin duzunu bişdikdən sonra atın

Toyuq əti və ya qırmızı əti bişirərkən duz əlavə etməməyi tövsiyə edirik. Bunun yerinə bişdikdən sonra duzlaya bilərsiniz. Yoxsa ət bərk və susuz olacaqdır.

11 iyul 2017
GO BACK