Sirkəli suda yuyulan qədəhlər, şüşə qablar , güzgülər xüsusi parıltısı ilə fərqlənir. Sirkəni xörək duzu ilə qarışıdırb hamam vannasını yuduqda həm mikroblardan, həm də sarı ləkələrdən xilas olmaq mümkündür.
Bəs paltaryuyan maşına sirkə töksək hansı nəticələri alarıq.
Evdar xanımlardan gözəl məsləhət. Paltaryuyan maşına tökülən sirkə paltarları yumşaldır, çətin gedən və xoşagəlməz qoxuları aradan qaldırır.
Çətin gedən sarı ləkələrin üzərinə duz və sirkə əlavə etsəniz əla nəticəyə heyran qalacaqsınız.
Üstəlik sirkə paltaryuyan maşının gözə görünməyən detallarının üzərinin ərp bağlamasına qarşı mübarizə aparır.
Sirkədən istifadə etsəniz reklam olunan bahalı ərpqovucu maddələrə pul xərcləməzsiniz. Həm təbii, həm faydalı, həm də sərfəli sirkəni evinizdən əskik etməyin.