Xüsusilə, yaz aylarında kiçik qızlar don geyinməyi çox sevirlər. Kiçik bir hərəkət ilə, kiçik qızlara müxtəlif donlar tikə bilərsiniz. Atalarının köhnə köynəklərindən hazırlayacağınız donlar, həm qızınızın sevindirəcək, həm də köhnələri dəyərləndirmiş olacaqsınız.
Lazım olan vəsaitlər
- Köhnə köynək
- Yoxlamaq üçün uşaq donu
- Qayçı
- Köynəyə uyğun iplər
- Təbaşir
- Tikiş maşını
- Bir saatlıq vaxt
Hazırlanması:
Uşaq donunu köynəyin üzərinə yerləşdirin. Bir təbaşir ilə xətt çəkin. Daha sonra bu xətdən kəsin. Yanları, kürəkləri və qolları tikin. Daha sonra boynu, yaxalığı və ətəyi tikin. Bundan sonrası donu bəzəmək ilə bağlıdır. İstəsəniz kəmər, istəsəniz çiçək düzəldin. Köynəyin düymələrini dəyişdirərək dona fərqli bir hava qatmış olarsınız.