Əgər saçlarınız uzundursa, şanslısınız. Saç tərzinizi dəyişdirərək anında stilinizi də dəyişə bilərsiniz. Üstəlik bunun üçün uzun vaxta da ehtiyac yoxdur. Sizə 10 dəqiqəyə hazırlaya biləcəyiniz saç stillərini təqdim edirik.
Saçlarınızın iki yanından bir qədər saç aldıqdan sonra burun və arxada sıx yığın. Yığdığınız yerdən bir qədər saç alın və boş şəkildə hörün. İlk etdiyiniz buruğun üzərinə yumurlayıb birləşdirin. Artık romantik bir topuzunuz var.
Saçlarınızı yarım bir şəklildə yığıb, boş bir quyruq düzəldin. Quyruğun ortasında bir dəlik yaradıb, saçlarınızın uclarını içindən keçirin və sıxın. Eyni hərəkəti ikinci dəfə edin və sabitləyin.
Saçınızın üst hissəsindən saçlarını alın və arxada boş bir topuz yığın. Bir az altından bir tutub, saç götürərək ikinci topuzu yaradın.
Saçlarınızı ortadan iki hissəyə ayırın və iki at quyruğu yığın. Hər bir quyruğu iki hissəyə bölüb kəndir kimi birbirinə qıvırın. Yaanan kəndiri bir-birinin içərisindən çarpaz bir şəkildə düyünləyin.
Saçlarınızı hər iki yanından kiçik bir tutum olaraq hörüklər hörün və saçlarınızı at quyruğu olaraq yığın. Ardından bəsit bir topuz yığın.
Başınıza bir saç bandı taxın. Saçlarınızı yanlarından bir hissə buraxın, qalan saçları bu bandın altına bürüyün və bir topuz yaradın. Yanlarda saxladığınız saçları da büzərək topuzun üzərinə sarıyın.
Saçlarınızın yanlarından bir tutum ayırın, geri qalanını at quyruğu olaraq yığın. Yanlardakı saçları hörün və üzərində saxlayın.
Bir saç bandı taxın və saçlarınızın yanlarını bu saç bandına dolayın. Daha sonra arxadan alacağınız bir tutum saçla, tam ortaya fiyonk düzəldin.
Saçınızı yarım bir at quyruğu yığın. Bir topuz lenti taxın və saçlarınızı ətrafına dolayın. Qalan saçlarınızı hörərək topuzun ətrafına dolayın.