Ad günü, nişan və ya evdə verəcəyiniz hər hansı bir qonaqlığa fərqli bir hava qataraq, öz əllərinizlə qonaqlarınızı şirin və əyləncəli şapkalar hazırlamağa hazırmısınız?
Lazım olan vasitələr:
-Kağız boşqab
-Canlı və ya saxta güllər
-Silikon tapancası
-Qayçı
-İncə rezin
Hazırlanması:
Kağız boşqabların ortasını dairə şəklində kəsin. Kəsdikdən sonra ortasından bir daha kəsin. Sonra kəsdiyinizi konus halına gətirin. Yapışması üçün bir tərəfinə silikon tapanca ilə yapışqan çəkin və yapışdırın.
Sonra kəsdiyiniz boşqabın kənar hissəsindən istifadə edərək, konusun alt kənarında silindir yaradın və silikon tapanca ilə yapışdırın.
Konusun alt kənarına yapışdırdığınız hissəyə silikon tapanca ilə yapışdırıçı çəkin və yayın. Yapışdırıcı qurumadan üzərinə istədiyiniz rəngdə gül yapışdıın.
Yapışdırdığınız konusun ən alt hissəsinə kiçik bir deşik açın və incə rezini oradan keçirin.
Mini şapkanız hazırdır.