Xüsusilə balıq ləzzətli olsa da, ətrafa xoşa gəlməz qoxu yaya bilir. Ancaq evdə bir çox üsulla bu pis qoxuların qarşısını ala bilərsiniz.
Limonun möcüzəsi:
Balıq bişirəndə, yağın içinə bir neçə damla liman əlavə edin və xoşa gəlməz qoxu yox olacaq. Qaynadılmış toyuğun qoxusundan da narahat olursunuzsa, eyni üsulu burda da yoxlaya bilərsiniz.
Çay qovurun.
Evinizə hopmuş yemək qoxuları getmirsə, geniş bir tavanın içinə quru çay yarpaqlarını atın. Qoxunun keçdiyini hiss edənə qədər çayı qovurun. Evinizi çay qoxusuna qərq olacaq .
Gül kələminin qoxusuna süd ilə əlvida deyin.
Gül kələmini bişirərkən, yaranan pis qoxunu yox etmək üçün bir neçə damla süd əlavə edin.