1) Şüşə təmizləyən spreylə başqa yerləri silmək.
Şüşə təmizləyən sprey şüşələri yaxşı təmizləyə bilər, amma digər yerlər üçün bu spreyi işlətmək olmaz.
2) Spreyi şüşəyə sıxdıqdan sonra gözləmədən silmək.
Mikroblarını ölməsini istəyirsinizsə, silmədən əvvəl spreyin çirkli hissələrdə ən azı 30 saniyə qalmasını gözləməlisiniz.
3)Tualet fırçasını yaş halda qabına qoymaq.
Tualet fırçasını qoyduğunuz qab bakteriyaların çoxalması üçün mükəmməl yerdir. Bakteriyaların çoxalmasına mane olmaq istəyirsinizsə, fırçanı istifadə etdikdən sonra qurumasını gözləyin, sonra qabına qoyun.
4) Təmizlik maddələrini qarışdırmaq.
İki maddə təmizliyici təsiri malik olsa da, onları qarışdırmağa ehtiyac yoxdur. Təmizlik maddələri güclü kimyəvi maddələrdən ibarət olduğu üçün onları qarışdırmaq təhlükəli ola bilər.
5) Köhnə süngərdən istifadə etmək.
2-3 dəfə istifadə etdikdən sonra süngərləriniz bakteriya yuvasına dönə bilər və evinizin hər yerinə yayıla bilər. Süngərlərinizdən pis qoxu gəlməyə başlayanda onları tullayın. Qab yumaq üçün istifadə etdiyiniz süngərləri mikrodalğalı sobada 1 dəqiqə gözlədin və sonra qab yuyan maşına atın.