1) Bankadakı balı tamamilə necə əldə etməli?
Bal bankalarını atmadan əvvəl, dibində qalan balı çıxarmaq üçün nə edirsiniz? İlk öncə bankanın ağzının yaxşıca bağlı olmasına fikir verin. Daha sonra isti su dolu olan qabda iki-üç dəqiqə saxlayın.
Bal yumşaldıqdan sonra balı istədiyiniz kimi istifadə edə biləcəksiniz.
2) Sürtgəc ilə əti qiymə halına necə salmaq olar?
Bunun üçün evdəki sürtgəcdən istifadə edə bilərsiniz. Sürtgəc vasitəsilə əti qiymə halına sala bilərsiniz.
3) Limonu israf etmədən necə istifadə etmək olar?
Bir çox yeməklərin hazırlanmasında limon suyuna ehtiyac olur. Limonun yarısını istifadə edəndə, digər yarısı bir iki gün ərzində istifadə olunmasa xarab olur.
Diş çöpü ilə limonda dəlik açaraq suyundan istifadə edə bilərsiniz. Beləliklə, limonun ömrü daha çox uzanır.