Qadin.NET / İşdə sizə kömək olacaq oyuncaqlar

İşdə sizə kömək olacaq oyuncaqlar

 

Kim yeni oyuncaqları sevmir ki? Xüsusilə də, ofis işçilərinin yaradıcı qabiliyyətini daha da artıracaq, müasir və ağıllı oyuncaqları? BBC Capital müşahidəçisi sizin üçün onlardan ən yaxşıları haqqında məlumat toplayıb.

 

Oyuncaqları hətta, böyüklər də xoşlayır. Lakin bilirdinizmi ki, "ofis oyuncaqları" sizin əmək effektivliyinizi artıran gizli silaha çevrilə bilər?

 

Alimlər deyir ki, onlardan bəziləri az müddətlik belə olsa, çətin tapşırıqlardan ayrılıb rahatlanmağa kömək etdikləri halda, digərləri işçilərin məhsuldarlığını artırır.

 

2010-cu ildə Urbana-Champaign-də (ABŞ) İllinoys Universitetinin üzvü Alejandro Lleras tərəfindən edilən tədqiqatda alimlər, sürətli ardıcıl nömrələrdən istifadə edərək 84 tələbə üzərində araşdırma aparıblar.

 

Onlar diqqəti yayınan insanların, daha az fasilə götürənlərə nisbətən daha çox şeyi yadda saxladıqlarını aşkar edirlər.

 

Stresi aradan qaldırmaq üçün istifadə oluna köhnə topu unudun. Artıq, narahatlığı azaldaraq yaradıcılığı artıran müxtəlif ofis oyuncaqları əldə etmək mümkündür. Bunlardan həm də, yaxşı hədiyyə kimi istifadə etmək olur.

 

Bu yeni vasitələri siz qura, fırlada, sürətləndirə, darta və uğura gedən yolda rəngləyə bilərsiniz.

 

Helicone fırlanqaçı

 

 

İşdə sizə kömək olacaq oyuncaqlar



 

Bu ofis oyuncağının fırlanan qatları, diqqətinizin monitordan bir müddət yayınmasına kömək edəcək.

 

Helicone dizayneri və Stanford Universitetinin professoru John Edmark-ın sözlərinə görə, bu kinetik heykəldən istifadə edərkən o müxtəlif formalar alır və işdə fasilə zamanı əlləri məşğul saxlamaq üçün əla vasitədir.

 

Bu, lazer vasitəsilə kəsilmiş 38 qat nazik taxta və onların birləşdiyi mis borudan ibarətdir. Qatları fırlatdıqca, spirala və ya şam ağacı qozalarına bənzər formalar yaranır.

 

(amazon.com, 60 ABŞ dolları)

 

3Doodler Create Qələmi

 

 

İşdə sizə kömək olacaq oyuncaqlar

 

 

Rəsm çəkməyi xoşlayan tanışınız varmı? Bütün yaradıcılıq qabiliyyətlərini nümayiş etdirə bilməsi üçün ona, 3D qələm hədiyyə edin. Bu elektrik qələm, bildiyimiz adi diyircəkli qələm deyil.

 

Orijinal "rəsmlər" gözünüz qarşısında canlanacaq. Nəticədə, ən cəsarətli ideyaları təcəssüm edən 3D əşyalar yaranacaq.

 

(the3doodler.com, 99 ABŞ dolları)

 

Qərar qəbul etmək üçün cırtdan Gnome-Be-Gone

 

İşdə sizə kömək olacaq oyuncaqlar

 

Həmkarınız ilə mübahisə etmisiniz? Qoy sizin hakiminiz cırtdan olsun. Sadəcə, Gnome-Be-Gone oyuncağını fırladın və istənilən sualınızın cavabını tapın.

 

Bu qələm qabı, təkrar emal olunmuş poladdan hazırlanıb və bütün çətin məsələlərin həllini bilir. Siz onun sayəsində, "görüş keçirə", "işdən vaxt götürə", "işçi heyətinin fikrini öyrənə" və ya "fokus-qrupu yarada" bilərsiniz.

 

(uncommongoods.com, 90 ABŞ dolları)

 

Snaak konstruktoru

 

İşdə sizə kömək olacaq oyuncaqlar

 

Kubik Rubik və ya Lego-nu yaddan çıxarın. Snaak konstruktoru öz arasında birləşən 64 detaldan ibarətdir. Onları istədiyiniz qədər tərpədib və ya fırladıb müxtəlif fiqurlar əldə edə bilərsiniz.

 

Detallar bir-birinə elastik ip vasitəsilə bərkidilib. Buna görə də onlardan heç biri itməyəcək. Əlində həmişə nə isə oynatmaq istəyən biri üçün konstruktor, gün eynəyindən tutmuş robota qədər istənilən fiqur düzəltməyə imkan verəcək.

 

(store.moma.org, 28 ABŞ dolları)

 

Muji Mini Penguin boulinq pinqvinləri

 

 

İşdə sizə kömək olacaq oyuncaqlar



 

Çətin bir layihə üzərində işdən bir az istirahət etmək istəyirsiniz? Buna görə artıq ofisdən çıxmağa ehtiyac yoxdur.

 

Boulinq oyunu üçün istifadə olunan keqlilərin bu miniatür forması, pinqvin şəklində yaradılıb və ofisdəki müzakirələri mini-boulinq oyununa çevirə bilər. Yalnız, hesabı yazmağı unutmayın.

 

(store.moma.org, 25 ABŞ dolları)

 

Taxta roqatka

 

İşdə sizə kömək olacaq oyuncaqlar

 

Bu dəbdəbəli roqatka, hər birimiz uşaqlığımıza qaytaracaq. O, fındıq ağacından hazırlanıb.

 

Roqatkanın köməyi ilə kağız topunu otaq boyu (və ya yaxınlıqdakı zibil qutusuna) atmaq mümkündür. Və heç zaman döyüş sursatınız bitməyəcək.

 

(personalcreations.com 49 ABŞ dolları)

 

Qeyri-sabit çoxüzlü cisimlər

 

İşdə sizə kömək olacaq oyuncaqlar

 

Çətin bir tapşırıq üzərində işləyərkən tez-tez əlimizdə nəyisə oynatmaq istəyirik - bu fikirləşməyə yardımçı olur.

 

Bu prizmalardan qala qurmağa çalışın, lakin tarazlığı unutmayın. Bir səhv hərəkət - və bütün əziyyətiniz hədər gedəcək.

 

Hər cismin 10 üzü var və bu da sizə istənilən sayda fiqur qurmağa imkan verir.

 

(Areaware.com, 48 ABŞ dolları)

 

Hanayama qıfılı

 

İşdə sizə kömək olacaq oyuncaqlar

 

İşdə darıxırsınız? Qıfıl formalı bu oyuncaq, diqqəti yayındırmaq üçün yaxşı üsuldur. Oynayarkən hətta, ağlınıza yeni fikirlər də gələ bilər.

 

İstehsalçı şirkət, onun çətinliyin beş mərhələdə müəyyənləşdirib ( 1 və 6 miqyası üzrə). Bu metal qıfılı açmaq üçün, həftələrinizi sərf edə bilərsiniz. Lakin, bunu bacardıqdan sonra, özünüzü cek-pot udmuş qədər xoşbəxt hiss edəcəksiniz.

 

(Fatbraintoys.com, 12 ABŞ dolları)

 

Fidget Cube kubiki

 

İşdə sizə kömək olacaq oyuncaqlar

 

Kickstarter-də 6.5 milyon ABŞ dolları qazanan Fidget Cube kubiki, böyük olmasa da, əhəmiyyətli uğur əldə edib.

 

Onun üzərində müxtəlif elementlər yerləşdirilib ki, bunları fırlatmaq, basmaq və ya keçirmək mümkündür. Kubik xüsusi olaraq, məhsuldarlığı artırmaq və gərginliyi aradan qaldırmaq üçün hazırlanmışdır.

 

Layihənin müəllifləri kubikin sahiblərinə, enerjini istiqamətləndirməkdən ötrü, onun hər altı funksiyasını sınamağı məsləhət görürlər.

 

Hazırda kubiki öncədən sifarişlə əldə etmək olar. Şirkətin nümayəndələri, kubiklərin növbəti partiyasını 2017-ci ilin fevralında təqdim etməyə söz veriblər.

 

(antsylabs.com öncədən sifarişlə, 22 ABŞ dolları)

 

Milli.az

 

 

 

8 yanvar 2017
GO BACK