Bir azdan qonaqlar gələcək. Vaxtınız çox azdır. Yarım saata evi təmizləməlisiniz. Bu işdə biz də sizə kömək edə bilərik. Necə? Əlbəttə ki, bir neçə təklif verməklə!
* Ətrafda lazım olmayan qəzetləri, oyuncaqları, çantaları, ayaqqabıları, idman əşyalarını, DVD-ləri, kitabları yığışdırıb bir şkafa qoyun.
* Əlcəklərinizi geyinin, bütün təmizlik vəsaitlərini bir vedrəyə yığıb otaqdan-otağa keçdikcə özünüzlə daşıyın. Şüşətəmizləyənin köməyi ilə paslanmayan polad əşyalardan barmaq izlərini təmizləyin.
* Yemək masasının, şkafın tozunu nəm bezlə götürün. Şüşətəmizləyən və bir parça kağızla güzgüləri təmizləyin.
* Televizorun, musiqi alətlərinin, divardakı şəkillərin və bəzək əşyalarının tozunu tüklü tozgötürənlə alın. Zibil vedrəsini çölə qoyun.
* Asılqandan təmiz əl-üz dəsmalları asın, sabunqabına təzə sabun qoyun.
* Otaqda çox kreslo və ya oturacaq varsa, salondan çıxarın və bir otağa yerləşdirin.
*. Masanın üzərindəki süfrə ləkəlidirsə, yenisini sərin.
* Salfet qablarını doldurun.
* Qonaqlar üçün nəzərdə tutduğunuz fincanları çıxarın və ləkəli olub-olmadığını yoxlayın.
* Əgər meyvə varsa, yaraşıqlı bir vazaya yerləşdirin və masanın ortasına qoyun.